Page 283 - book-online
P. 283
Àòàìûí äîñòëàðû
“Malta, Poliversta, 27 may 1920-ci il
Əzizim Sitarә vә Humay!
Yenә 4 may tarixli mәktubunuzdan sonra sizdәn heç
bir xәbәr almadım. Bu gün poçt gәldi. Hәr kәs ora
yüyürdü. Lakin heyhat ki, mәyus qalanlar arasında mәn
dә vardım. Yoldaşlarımızın bir qismi mәktub aldıqları
halda, başqaları әliboş qayıtdılar. Heç şübhә etmirәm ki,
siz mәnә hәr poçt ilә mәktub yazırsınız. Lakin nә edәk?
Mәktubu belә bizә çox görürlәr. Heç şübhә yoxdur ki,
eyni rәftarı sizin kimi qadın vә çoluq-çocuğa da rәva
bilirlәr. Lakin buna da sәbir edәcәyik. Tәvәkkülә vә
mәtanәtli tәcәlliyyati-ilahiyyәyә (ilahi hökmün özünü
göstәrmәsinә – V.Q.) müntәzir olacağıq. Qoy kasa dolsun,
hәqarәtin vә zülmün dәrәcәsi qeyrәti-Allaha toxunsun.
Yalnız unutmayın ki, bizim vәzifәmiz bütün bunlara
mәtanәt vә sәbirlә dözmәkdir. Mәnim burada sәhhәtim
vә sәlamәtim, әlhәmdülillah, yaxşıdır. Bütün düşüncәlәrim
sizinlә bağlıdır. Qafqazdan gәlәn xәbәrlәr artıq Hüseynin
özünü yetirәcәyinә heç bir ümid yeri qoymur. İndi yalnız
Allaha sığınacaqsınız. Sizin bu halınız mәni hәddindәn
artıq kәdәrlәndirir. Lakin sәbir vә tәhәmmüldәn ayrıl-
mayacağınıza ümid bağlayıb tәsәlli tapıram. Uşaqlar
imtahanları qurtardılarmı? Siz özünüz vә onlar necәdirlәr?
Ramazanı necә keçirdiniz? İnşallah, bu ramazan, haqqı
ilә mübarәk olar vә bütün bizim kimilәrә tәsәlli feyzlәri
gәtirәr. Hüseyndәn pul almadınızsa, rica edirәm, әlinizdә
nәyiniz varsa satmağa tәrәddüd etmәyin. Əhvalınız
haqqında mәnә müfәssәl mәlumat verin. Nәdәn mәnә
xüsusi, yәni poçt ilә mәktub yazmağın arasını kәsdiniz?
Başqaları alırlar. Sizin vә uşaqların üzündәn öpürәm.
Uşaqlar imtahanlarını bitirmişlәrsә, mәnә ayrıca mәktub
yazsınlar. Əbәdi öpüşlәr vә salamlar!”
283