Page 285 - book-online
P. 285
Àòàìûí äîñòëàðû

“Malta, Polverista, 21 noyabr 1920-ci il
Əzizim Sitarә vә Humay!
Uzaqlardan vә yaxınlardan gәlәn nәşәverici xәbәrlәr
hicrani-әlәmimi tamam dәf etmәsә dә, xәfiflәşdirir vә
getdikcә ağırlaşan bu uzun ayrılığın yükünü çәkmәk
üçün insana ümid vә tәsәlli verir. Bu, belә davam etsin,
nәhayәt, türk Tanrısı şәfqәt qapısını açıb bu qәdәr
imtahanların kifayәt etdiyinә qәrar versin vә yaxşılığını
әsirgәmәsin. Biz yola gedәrik. Bizim kimilәrin nә
әhәmiyyәti vardır? Hәqiqi nә varsa, o, böyüyündür (ilahi
qüvvә – Tanrı nәzәrdә tutulur – V.Q.). O, özünü tapsın,
gәlәcәyi tәmin elәsin, hәr şey düzәlәr. Bu gün gözәl bir
yaz günü idi. Günәş o qәdәr parlaq, hava o qәdәr saf vә
tәmiz idi ki, insan nәfәs aldıqca, özünün dә tәzәlәndiyini
hiss edirdi. Axşamçağı qarşı tәrәfimizdәki bir tәpәciyә
getdim. Hәr tәrәf yaşıllıq idi, hә a bәzi yerlәrdә sarı
çiçәklәr açmışdı. Tәpәciyin lap başında nә gördüm,
bilirsinizmi? Digәr әsir yoldaşlar oraya çay aparmışdılar,
çәmәnlikdә oturub içirdilәr. Tәbii ki, mәni dә dәvәt
etdilәr. Bilsәniz, o bir stәkan su mәnә nә qәdәr lәzzәt
verdi?! Xәyalım lap uzaqlara, gәnclik zamanına, Qara-
bağa, Qalanın (Şuşanın qarabağlılar arasında mәşhur
olan adı – V.Q.) o gözәl dağlarına, “Başucaya”, “Daşaltına”,
“Heydәr düzünә”, “Dәlik daşa”, “Şahneçinә”, o yerlәrdәki
gәzintilәrimә pәrvazlandı. Bütün keçmiş, bütün qohumlar,
dostlar, evimiz, küçәlәrimiz, bağçalarımız bircә-bircә
gözlәrimin önündә canlandı. Sonra yenә sizi andım,
bugünkü halınızı düşündüm, o qәdәr kәdәrlәndim ki!
Lakin bütün bunlar üçcә dәqiqә davam etdi. Hәyatın bir
röya olduğunu xatırlayaraq yenә güldüm. Bu qәdәr
zaman vә mәkan keçmişkәn bu günlәr dә keçmәyәcәkmi,
yenә dә bir-birimizә qovuşmayacağıqmı? Əlbә ә, qovu-

285
   280   281   282   283   284   285   286   287   288   289   290