Page 287 - book-online
P. 287
Àòàìûí äîñòëàðû

duyur ki... Bax, insan hәsrәtlәrini bir kağız vәrәqinә
boşaltmaqla sanki yüngüllәşir, rahatlıq tapır. Allaha
şükür ki, bu gün mәktub günüdür. Mәn dә sizi qarşımda
zәnn edәrәk sanki hәr birinizlә danışıram. Lakin sizi
mütәәssir etmәmәk şәrti ilә. Əmin olun ki, sәhhәtim vә
sağlamlığım yerindәdir vә sizin hicranınızdan olan
hәsrәtlәrimdәn başqa heç bir kәdәrim yoxdur. İnşallah,
tezliklә bütün vәtәnimizlә birlikdә biz dә qurtulacağıq
vә haqq öz yerini tutacaq. Yalnız Allahdan o zamana
qәdәr hәm mәnә, hәm dә sizә sәhhәt vә sәbir әta
buyurmaları üçün nәzir-niyaz edirәm. Daim әhvalınızla
bağlı müfәssәl mәlumata müntәzirәm. Bu il İstanbulda
qış çox şiddәtli keçir. Necә dolanırsınız? Humay vә
qızlar bu xüsusda nә qәdәr tәsәlliverici sözlәr yazarkәn
dә, bir az mәni düşünәrәk yazmış olduqlarını zәnn
edirәm. Ev mәsәlәsi nә oldu? Bütün dost-aşnalara,
xüsusilә dә Kәrim vә Əmir bәylәrә salamlar göndәrirәm.
Hamınızın gözlәrindәn öpürәm”.

“Malta, Polverista, 25 aprel 1921-ci il.
Əzizim Sitarә vә Humay!
Bu mәktubu yazarkәn duyduğum hissiyyatı, bilmirәm
ki, sizә necә yetirim. Hәm әsәbilәşir, hәm dә gülürәm.
Əsәbilәşirәm, çünki artıq sәrbәst olduğuma dair
vurduğum teleqramdan düz bir ay keçdi. Siz bu qәdәr
intizar çәkdiniz, halbuki mәn hәlә buradayam. Gülürәm,
çünki bir aydan bәri hәr gün vә hәr dәqiqә yola düşmәk
ehtimalı mövcuddur vә hәr gün ortaya yeni bir xәbәr
çıxır, ümidlәrimizi sönmәyә qoymur. İndi dә Romadan
aldığımız mәlumata görә, buraya bir siyahı gәlib. O
siyahıya әsasәn, 40 nәfәr dәrhal yola düşәcәk, 24 nәfәr

287
   282   283   284   285   286   287   288   289   290   291   292