Page 290 - book-online
P. 290
ìÿä Àüàîüëó
cәsarәtini daha da artırıb ermәni terrorçularının tәqib
etdiklәri Behbud xan Cavanşirә yenә evimizdә sığınacaq
verirdi. Burada anamın hadisәlәrin gedişini әvvәlcәdәn
ustalıqla sezәn intuitiv istedadına başqa bir misal gәtirmәk
istәyirәm. Behbud xan evimizdә on-on beş gün qalandan
sonra artıq xәtanın sovuşduğu qәnaәtinә gәlib ortalığa
çıxmağa qәrar verdi. Anam qәti etiraz etdi. “Xeyr! –
dedi, – küçәyә çıxandan 24 saat içindә sәni öldürәcәklәr”.
Anamı dinlәmәyәn Behbud xanı iki gün sonra ermәni
fәdaisi (bu, ermәni terrorçularının özlәrinә verdiklәri ad
idi – V.Q.) Torlakyan, hәqiqәtәn dә, “Perepalas”
mehmanxanasının yanında gecәyarısı öldürdü.
Anamın özünә görә dindarlığı vardı. Allaha inanır,
“Sadat”dan – Peyğәmbәr sülalәsinә mәnsubluğundan
iftixarla söz açırdı. Hansı mәzhәbә bağlılıqlarından asılı
olmayaraq insana qüvvәt, mәtanәt, ümid verәn bütün
etiqadlara rәğbәt duyurdu. Şiә olmasına rәğmәn, Ömәrdәn
dә Əli qәdәr möcüzә gözlәyirdi. Bu inancının romantik,
mistik tәrәflәri dә vardı. Əyyub Sultanda o öndә, mәn
dә әtәyindәn tutaraq arxasınca niyyәt daşından keçdiyi-
mizi, Ağbıyıqda, Fuad Köprülünün evindә gecә qonaq
qalıb dan yeri ağaranda içәrisindә atamı tezliklә yanımıza
göndәrmәsi üçün Hәzrәti Əliyә mәktub qoyulmuş şüşәlәri
neçә dәfә dәnizә tulladığımızı indi dә yaxşı xatırlayıram.
Yenә bir müqәddәs günün sübh vaxtı gözlәrini sәmaya
zillәyәrәk bütün dinlәrin peyğәmbәrlәrinә, bütün mәz-
hәblәrin övliyalarına övladlarının atasını tezliklә әsarәtdәn
qurtarıb ailәsinin yanına qaytarmaq üçün yalvarıb-
yaxardığını eşitmişdim.
Bütün bu dualar, nәhayәt ki, qәbula yetdi. Bir gecәyarısı
290