Page 293 - book-online
P. 293
Àòàìûí äîñòëàðû

Atamın hәyatının sonunda әtrafına toplandığı intellektual
çevrә o zaman düşüncәlәrin azad şәkildә söylәndiyi vә
bölüşdürüldüyü dәrgah idi.

Bir gün atamın yanına iki nәfәr gәldi. Birini çoxdan
tanıyırdı. Digәri ilә tanış deyildi. Bir neçә saat danışdılar.
Onlar gedәndәn sonra atam anamın yatdığı otağa keçdi.
“Sitarә, – dedi, – bir neçә şeyi, mәsәlәn, bu qәdim xalça-
ları satıb qәzet çıxarmaq istәyirәm, nә fikirlәşirsәn?”

Satlığa çıxarılacaq qәdim xalçalar anamın evlәrindәn
cehiz gәtirdiyi, uşaq ikәn üzәrindә oynadığı, hәyatının
bir çox hadisәlәrinә şahidlik etmiş qiymәtli xatirәlәr idi.
Bu hәqiqi sәnәt әsәrlәrinin rәngarәng naxışları onun
üçün keçmişdә qalmış ailәsi, evlәri, bağçaları idi. Amma
bununla belә yenә dәrhal razı oldu. “Lap yaxşı, Əhmәd! –
dedi. – Bәs qәzeti kiminlә çıxaracaqsan?”

Atam güldü:
– Evimizә gәlәn adamlarla.
– Tanıyırsan onlar kimdir?
– Birini tanıyıram, o biri dә yaxşı adama oxşayır.
Anam atamın әlindәn tutdu, xәfif vә titrәk sәslә
“Əhmәd! – dedi, – yaxşı tanımadığın, halına, xasiyyәtinә
bәlәd olmadığın adamla iş görmә”.
Atamın son qәzeti olan “Axın” belә çıxdı.
Aradan bir neçә ay keçdi. Bir gecә hәmin vaxt İstan-
bulda olan Qazi atamı Dolmabağça sarayına, şam yemә-
yinә dәvәt etmişdi. Xeyli vaxt idi ki, qarşı-qarşıya gәlmә-
mişdilәr. Sәrbәst Firqә macәrasından sonra bu qurumun
başında dayananlardan tәkrar Cümhuriyyәt Xalq
Firqәsinә, yaxud dövlәt xidmәtinә qayıtmayan yeganә
adam, yәqin ki, atam idi. “Axın” qәzeti vәzifә başında
olanların bir qismi üçün müxalifәtin sәsi hesab edilirdi.
Atam bu sәbәbdәn Atatürklә tәkrar qarşılaşmanın hansı

293
   288   289   290   291   292   293   294   295   296   297   298