Page 296 - book-online
P. 296
ìÿä Àüàîüëó

istәmirdim” – deyәrәk üzümdәn, gözümdәn öpmәyә baş-
ladı. Lakin orada qalacaq halda deyildim. Heç nә
söylәmәdәn çıxıb gәldim.

Anam atamın әllәrini dodaqlarına apardı.
“Üzülmә, Əhmәd, yaxşı cavab vermisәn, – dedi. –
Qazi böyük adamdır, sәni sevir, bu işlәri dә әtrafındakı
bәzi adamların tәhriki ilә edib”.
Bir neçә hәftәdәn sonra “Axın” bağlandı. Tezliklә
hәyata keçirilәn universitet islahatı zamanı atamın pro-
fessorluğunu da әlindәn aldılar. O zaman Atatürkә yaxın
dostlarından kimsә atama şәriklәrindәn birinin bütün
xüsusi danışıqları, qәzet redaksiyasında olub-keçәnlәri
müntәzәm şәkildә qeydә aldığını demişdi. Anam bu dә-
fә dә haqlı çıxmışdı.
Hәmin hadisәdәn sonra anam, әvvәla, onu illәrdәn
bәri müalicә edәn mәrhum hәkim Aqil Muxtara “Ölümüm
yaxınlaşdı, doktor. Fәqәt Əhmәdi düşdüyü maddi vә
mәnәvi sıxıntılar içәrisindә yap-yalqız qoyub getmәk
çox çәtindir. O, özünü “tutana” qәdәr yaşaya bilsәydim!...” –
demişdi. Eyni sözlәri növbә ilә atamdan başqa hamımıza
tәkrar etmişdi. Lakin, heyhat, artıq hәyatını bir an da
olsun uzatmaq mümkün deyildi. Bircә tәsәlli vardı.
Hәmişә Allahdan özünә әrindәn әvvәl ölüm arzulamışdı.
Artıq arzusu hәyata keçirdi. Ölümünә hazırlıq da
görmüşdü – lap әvvәldәn kәfәnini, tabuta örtülәcәk şalı,
gül suyunu, sidr-kafuru atamın bildiyi yerә yığmışdı.
1933-cü il oktyabrın 16-da şam süfrәsi әtrafına toplaş-
mışdıq. Yalnız bacım Tezәr anamın yanında idi. Birdәn
“Anama nә isә olur!” – deyә çığırdığını eşitdik. Biz otağa
girәndә artıq anamın gözlәri qapanmışdı. İndiki kimi
yadımdadır – atam әvvәlcә özünü itirdi. Sitarәnin ölümü

296
   291   292   293   294   295   296   297   298   299   300   301