Page 291 - book-online
P. 291
Àòàìûí äîñòëàðû

evimizin önündә dayanan maşından atam düşdü. O
gecәnin nәşәli şaşqınlığını unutmaq mümkündürmü?
Atam hamımızı bir-bir qucaqlamaq istәyir, hamımız da
ona eyni anda sarıla bilmәk üçün çırpınırdıq. Bizim iki
ilin içәrisindә ağlagәlmәz dәrәcәdә böyüdüyümüzü zәnn
edәrәk çox iriölçülü ayaqqabılar, içәrisindә itib-batdığımız
gen paltarlar gәtirmişdi. Yәqin ki, bu, daha çox keçirdiyi
hәyәcanların törәtdiyi yanlışlıq idi.

On gün sonra atam gizlicә Anadoluya keçdi. Bununla
da hәyatımızın fәrqli bir dövrünә qәdәm qoyduq. İstan-
bulun yerinә Ankara, köhnә dostlarımızın yerinә bәzilәri
istisna olmaqla tamamilә tәzә dostlar gәldi. Sakarya
müharibәsindәn az sonra başlayan bu dövr – inqilablar,
milli zәfәrlәr, türk millәtinin maddi vә mәnәvi yüksәlişi
yolunda tәşәbbüslәr içәrisindә keçәn hәyatımız, ta Sәrbәst
Firqәnin qurulmasına qәdәr davam etdi. Anam arxada
qalmış fәlakәt günlәrinin acısını bu mәsud çağların nәşә
vә hәyәcanı ilә unutmağa çalışırdı. Yazıqlar olsun ki,
indi dә sәhhәti bütün müalicәlәrә baxmayaraq günü-
gündәn pozulur, keçmiş illәrin bütün yorğunluqları
kiçik, zәif vücudunu mәrhәmәtsizcәsinә çeynәyib әzirdi.
Lakin zәkasının o qeyri-adi duyum qabiliyyәtini heç bir
qeybә uğramadan әvvәlki kimi qoruyub saxlamışdı.
Yenә dә atama әn yaxşı seçimlәri tәlqin etmәyә, әn doğru
yolları göstәrmәyә müvәffәq olurdu.

Anam atamla onun siyasәt yoldaşları arasında bәzәn
birlәşdirici, bәzәn barışdırıcı, әksәr hallarda isә orta
hәdd saxlayan hakim kimi çıxış edir, siyasәt hәyatının
müxtәlif tәzahürlәri qarşısında müvazinәtini qoruyub
saxlamasını tәnzimlәyirdi. Bir tәrәfdәn atamın İ ihad
vә Tәrәqqi Partiyasına mәnsub әksәr köhnә dostlarının
qorxunc aqibәtlәrinin onun ruhunda yaratdığı dәrin

291
   286   287   288   289   290   291   292   293   294   295   296