Page 294 - book-online
P. 294
ìÿä Àüàîüëó

әhvali-ruhiyyәdә keçәcәyini narahatlıqla düşünürdü.
Gecәyarısından az sonra evә dönәrkәn birbaşa yatağında
uzanan anamın yanına getdi. Anam evlәndiklәri gündәn
bәri çox nadir hallarda әrinin üzünü indiki kimi mәyus
vә iztirablı görmüşdü. Odur ki, atam hәlә söhbәti açmadan
sözә “Yaxşı keçmәdi, elә deyilmi?” – deyә başlamış, atam
da “Bәli, yaxşı olmadı” – demişdi. “Paşa әvvәlcә çox il-
tifat göstәrdi, yanında oturtdu. Süfrәdә ... xanımlarla ...
bәylәr var idi. Arada, “Axın” qәzetini buraya gәtirin!”
әmrini verdi. Gәtirilәn qәzetdәn mәqalәlәrimi bir-bir
oxutdu. Hәr mәqalәdә nә demәk istәdiyimi soruşdu.
Yazıların hamısının ictimai tәnqidlәr olduğunu, cәmiy-
yәtimizin yaxşı tәrәflәri ilә bir sırada qüsurlarını gös-
tәrmәyә xidmәt etdiklәrini söylәdim. Bu zaman Atatürk
... bәyә işarә edәrәk “Bәyәfәndi, bir şәxs hәm darül-
fünunda professorluq edib, hәm dә mövcud hakimiyyәti
tәnqidә başlarsa, nәticәlәri yaxşı ola bilәrmi?” – deyә soruşdu.
Hәmin adam da “Əlbә ә, bu, düz iş deyil”– dedi. Sualını
mәclisdәkilәrin bәzilәrinә müraciәtlә yenidәn tәkrarladı.
Yalnız ... bәy “Əgәr rejim vә hakimiyyәt qüvvәtli isә, bir
şәxsin hәm darülfünunda professorluq etmәsi, hәm dә
müxalifәtdә qalması heç bir zәrәr gәtirmәz. Lakin rejim
vә hakimiyyәt zәiflәyәrsә, bunun ziyanları ola bilәr” –
cavabını verdi. Atatürk üzünü mәnә çevirәrәk dillәndi:
“Bax, eşit, gör adamlar nә deyirlәr!” “Paşam, hәr kәs bir
cür düşünә bilәr, mәn nә edim?” – cavabını verdim.

Atatürk qәflәtәn “Anlaşılır! – deyә bağırdı, – onlara
cavab vermәyi özünә sığışdırmırsan, lap yaxşı, onda
mәn deyәrәm. Hәm darülfünun professoru, hәm dә
müxalifәtçi olmaq bir araya sığışmaz”. Sonra әlavә etdi:
“Hәlә söylә görәk, sәn bu qәzeti çıxarmaq üçün pulu

294
   289   290   291   292   293   294   295   296   297   298   299