Page 292 - book-online
P. 292
ìÿä Àüàîüëó
tәsir vә kәdәrin izlәrini silmәyә çalışarkәn, digәr tәrәfdәn
dә İstiqlal Mәhkәmәsinin qüdrәtli hakimlәrinә günahsız
insanlara qıymamaları üçün yalvarmaqdan çәkinmirdi.
Bәraәt alan köhnә dostların ilk dәfә rahat şәraitdә
görüşmәlәri üçün mәhz bizim evdә hazırlıqlar görülürdü.
Sәrbәst Firqә macәrası başlandı. Anam hәmişәki
intuisiyası ilә hәlә birinci gündәn tәşәbbüsün baş
tutmayacağına inanmışdı. Atam “Qazi bu işin olmasını
çox sәmimiyyәtlә istәyir, o, öz razılığını verdikdәn sonra
niyә baş tutmasın?” – dedikdә anam başını aşağı saldı,
“Paşa nә qәdәr sәmimi olursa-olsun, sonda ya hadisәlәr
başqa şәkil alacaq, ya da vәzifә kürsülәrini, gәlәcәklәrini
itirmәkdәn qorxanlar hiylә, böhtan, iftira vasitәsi ilә
Qazini әleyhimizә çevirәcәklәr” – dedi.
Heyhat, yalnız üç ay çәkәn qısa müddәtdәn sonra
Sәrbәst Firqә dağıldı, atam yenә aldandığını gördü,
anam isә bu dәfә dә haqlı çıxdı.
Sәrbәst Firqә oyununun son pәrdәsi qapandıqdan
sonra atam İstanbula köçmәyә qәrar verdi. Anamın
sәhhәti dә bunu zәrurәtә çevirmişdi. Atama İstanbul
Darülfünununda professorluq verdilәr. Nişandaşında
köhnә, böyük bir ev aldı. Ailәmiz ora daşındı. Anamın
xәstәliyi şiddәtlәnmişdi. Müalicә heç bir müsbәt nәticә
vermirdi, o, gözümüzün qabağında günbәgün gerilәyirdi.
Lakin vaxtının әksәr hissәsini yataqda keçirmәsinә bax-
mayaraq, yenә dә atamın bütün işlәri ilә yaxından
maraqlanır, mәşğul olurdu. Evimizin böyük salonu
yavaş-yavaş İstanbulun fikir vә sәnәt adamlarının tez-
tez toplandıqları mәrkәzә çevrildi. Şair, rәssam, musiqi-
şünas, mühәrrir vә tarixçilәr – sәnәt vә elm dünyamızın
bir çox tanınmış şәxsiyyәtlәri bu salonda sәhәrә qәdәr
çәkәn söhbәtlәr aparır, fikir mübadilәlәri edirdilәr.
292