Page 301 - book-online
P. 301
Àòàìûí äîñòëàðû

cavabını vermişdi. Bilirdik ki, atam ölümdәn qurtarsa
da, yanımızda qalmasına imkan vermәyәcәklәr.

Xәstәnin vәziyyәti yaxşılaşdı, götürüb apardılar.
Anamla birlikdә Bәkirağa bölüyünün qapısından
içәri girdik. Anam ucaboylu, uniformalı zabitlәrlә nәsә
danışdı. Sonra kiçik otaqda bir az gözlәdik. Atam gәldi.
Gәlişimizә çox sevinmişdi. Mәn bir tәrәfdәn masanın
üstündәki şәkilli mәcmuәyә baxır, o biri tәrәfdәn onların
söhbәtinә qulaq verirdim.
Anam “Əhmәd, – dedi, – bunlar sizi ingilislәrә verә-
cәklәr.”
Atam bu sözlәri әsәbiliklә qarşıladı: “Heç vaxt ola
bilmәz. Əgәr günahımız varsa, cәzamızı burada çәkәcәyik.
Amma öz hökumәtimiz sәnin dediyin işi heç zaman
elәmәz. Bu, alçaqlıq olar. Ən pis halda Anadoluya, ya da
başqa yerә sürgün edәrlәr. Belә olsa, bizim üçün lap
yaxşı!”
Anam başını aşağı salıb susdu.
Az keçmәmiş, onun haqlı olduğu aşkara çıxdı. Atamın
dövlәti idarә edәnlәrin әxlaqı ilә bağlı tәsәvvürünә belә
gәtirmәdiyi alçaqlığı anam daha әvvәl sezmişdi. Əslindә
siyasi hәyatı boyu atamın başına gәlәnlәrdәn onun
özündәn daha çox xanımı dәrs götürmüş, tәcrübә qazan-
mışdı. Sonralar da dәfәlәrlә müxtәlif hadisәlәr zamanı
nәyin necә olacağını anam qadın fәhmi ilә daha әvvәl
sezmiş, atamı ayıq salmağa çalışmışdı. Anamın zәngin
daxili alәmi vardı. Bu daxili alәm iti ağıl, fәhm vasitәsi
ilә әtrafda cәrәyan edәn hadisәlәrә bağlanmışdı. Yәqin,
bu sәbәbdәn dә, tәhsilinin azlığına baxmayaraq, atamla
birgә keçirdiyi otuz üç illik ömür-gün yoldaşlığının
dünyaya әbәdilik göz yumduğu son saatına qәdәr onun
әn qüvvәtli, әn etibarlı mübarizә yoldaşı olmuşdu. Ata-

301
   296   297   298   299   300   301   302   303   304   305   306