Page 305 - book-online
P. 305
Àòàìûí äîñòëàðû

tikanlı mәftillәr arxasında profildәn çәkilәn bir insan
çöhrәsi idi. Böyük bacım Sürәyyaya ünvanlanan şәklin
altında bu sәtirlәr yazılmışdı:

“Türk qadınının gәlәcәkdә çocuqlarına söylәyәcәyi
laylalar var. Sәn dә o laylalarla millәtinin, atanın mәruz
qaldığı hәqarәtlәri anladacaqsan. Övladlarına intiqam
günlәrinin zamanını öyrәdәcәksәn. Unutma!”

O vaxtlar hәlә tәzә-tәzә dil açmağa başlayan kiçik
bacım hәr hәftә gәlәn bu mәktublara “ata” deyirdi. İki-
yaşlı bir uşağın, özü ortalıqda görünmәyәn atasının
mәktublarına “ata” demәsi tәbiidir. Əslindә bu söz biz
böyüklәr üçün dә bir gerçәyin ifadәsi idi. Çünki hәr
mәktub atamın özünün gәlişi misalında idi. O, mәktubları
ilә yanımıza gәlir, öyüd-nәsihәt verir, başımıza ağıl
qoyur, yol göstәrirdi.

“Nuri-didәm Sürәyya!
İngiliscә yazdığın sonuncu mәktubu aldım. Çox şad
vә mәmnun oldum. Xahiş edirәm, әcnәbi dillәrә mümkün
qәdәr daha artıq diqqәt yetir. Bu dillәrdә yazılmış әdәbi
vә tarixi әsәrlәri mütaliә etmәyә çalış. Mәnim adımdan
ingilis vә fransız dili müәllimlәrindәn xahiş et, qoy onlar
sәnә XVIII әsr vә xüsusәn dә XIX әsrin birinci yarısı
müәlliflәrinin әsәrlәrini daha çox oxutsunlar”.
Yenә Sürәyyaya ünvanlanan başqa bir mәktubunda
isә yazırdı: “Cәza hüququ fәnnini çox xoşladığını eşitdim.
Sәnin bu marağın yadıma özümün otuz iki il әvvәlki
meyilimi saldı. Mәn dә o zaman Paris Hüquq Mәktәbindә
bütün fәnlәrdәn daha çox Cәza hüququna maraq gös-
tәrirdim. Bunun sәbәbi, bilirsәnmi, nәdir? Cәza hüququ
fәlsәfә ilә, maddiyyatdan daha çox mәnәviyyatla bağlıdır.
Lakin cәza nәzәriyyәlәrini daha yaxşı başa düşә bilmәk
üçün fәlsәfә ilә, mәnәviyyat vә iqtisadiyyatla mәşğul ol-

305
   300   301   302   303   304   305   306   307   308   309   310