Page 310 - book-online
P. 310
ìÿä Àüàîüëó

haqsız yerә hәsrәt qaldığım o doğma simaları görәydim”.
Mәn bu xәyalda ikәn Yәmәn qәhrәmanı Fәxri Paşa

balkonun baş tәrәfindәn “Əhmәd bәy, nә düşünürsәn?
Olmaya ürәyin sıxılır?” – deyә soruşdu.

“Paşam, aramızda ürәyi sıxılmayan bir adam varmı?
Sadәcә, bәzilәrimizin ürәyi bәzi günlәrdә daha çox sıxılır.
Deyәsәn, bu gün dә mәnim növbәmdir” – deyә cavab
verdim.

Görünür, bu da әsarәt hәyatının xüsusiyyәtlәrindәn
biridir. Bәzәn insanın üzәrinә dәrin bir hüzn, sonsuz bir
kәdәr çökür. Sәbәbini bilmәdәn qәribә hisslәrin tәsiri
altına düşür. Gözlәrini doğma yerlәrә tәrәf çevirәrәk
sevdiyi insanlara mümkün qәdәr tez qovuşmaq eşqi ilә
alışıb yanır. Bax, hәmin o zamanlarda insan hәsrәtini
kağız üzәrinә töküb ürәyini boşaldır, daxilәn rahatlanır.
Allah xeyirli elәsin, bu gün mәktub günüdür. Mәn dә
sizi qarşımda görәrәk indi özümü sizinlә söhbәtlәşәn
kimi hiss edirәm”.

Tezliklә Malta sürgünlülәrinin geri dönәcәklәri xәbә-
rini almağa başladıq. Hә a atam özü dә bir dәfә “Artıq
azad olundum, gәlirәm” – deyә teleqram göndәrdi. La-
kin aradan günlәr keçdi, bir xәbәr çıxmadı. Nәhayәt,
yeni mәktubunu aldıq: “Teleqramımın әvvәlcә sizi
sevinclәrlә müjdәlәyib hәr gün gәmilәrin qabağına
çıxardığını bilәndәn sonra, hәr birinizi iztirabını, ağırlığını
özüm dә yaxşı başa düşdüyüm xәyal qırıqlığına
uğratdığım üçün çox mütәәssir oldum vә tәәssüflәndim.
Lakin nә edә bilәrәm? Siz dә mәnim yerimә olsaydınız,
belә qәti zәmanәt alandan sonra dәrhal xәbәr çat-
dırmazdınızmı? Mәn hәlә dә heyrәt edirәm: necә olur
ki, bizә belә әminliklә, qәtiyyәtlә söz verdikdәn sonra
hәlә dә burada saxlayırlar?”

Başqa bir mәktubundan:

310
   305   306   307   308   309   310   311   312   313   314   315