Page 308 - book-online
P. 308
ìÿä Àüàîüëó

yaxşılaşdırmağa çalışdım vә sonda buna müvәffәq oldum.
Siz dә elә edin. Atanızın yeganә xahişi hәr zaman ananızı,
qardaş-bacılarınızı, müәllimlәrinizi, dostlarınızı mәmnun
etmәk vәzifәsinin öhdәsindәn gәlmәyinizdәn, әxlaqınızın
hәr zaman mәtin vә yerindә olmasından ibarәtdir.

Quşcuğazın sizә söylәdiklәri bunlardır. İndi nә cavab
verәcәksiniz?”

Atamın mәktubunda haqqında bәhs olunan quşcuğaz
bir sarı bülbül idi. Onu aldığını әvvәlki mәktublarından
birindә xәbәr vermişdi:

“Sizә bir xәbәr verim: Atanız bir sarı bülbül alıb.
Gültәkin qәdәr (o zaman hәlә yalnız iki yaşında olan ki-
çik bacım – müәllifin qeydi) oynaq vә şeytandır. Gündüzlәr
qәfәsini pәncәrәmin önünә qoyuram, axşamlar otağa
gәtirirәm. Bir görәydiniz, necә gözәl vә şuxdur. İki bar-
mağımın arasında tutduğum bir tikә qәndi görәr-görmәz
çırpınır, özünü ora-bura vurur, qanadlarını sallayır vә
şәkәri istәyir. Yeyәndәn sonra isә elә gözәl oxumağa
başlayır ki...

Bәzәn quşdan soruşuram: Bәs indi uşaqlarım nә iş
görür?

Gülür, әvvәl-әvvәl cavab vermәk istәmir. Sonra “Əfәn-
dim, sizin uşaqlarınız çox yaramazdırlar! – deyir. –
Bilirsinizmi, Sәmәdin bağırtıları Şahzadәbaşına qәdәr
gedib çatır.”

Mәktublarında daxilindәki böyük inam vә imanı
bizlәrә aşılamağa çalışır, üfüqlәri qaranlıq, halı pәrişan
vәtәnin gәlәcәyindәn hәmişә arxayınlıqla, ümid vә
hәrarәtlә bәhs edirdi:

“Bura gәlib çıxan Avropa qәzetlәri hәr gün daha
yaxşı vә tәsәlliverici xәbәrlәr gәtirәrәk bizә әsarәtin
iztirablarını unutdurur. Millәtimizin hümmәti ilә

308
   303   304   305   306   307   308   309   310   311   312   313