Page 309 - book-online
P. 309
Àòàìûí äîñòëàðû

mәmlәkәtimizin xilas olacağı ümidi qәlbimizә yeni
sevinclәr verir. Anadolunun әzm vә sәbatı artıq tәsirini
göstәrmәyә başladı. Mәdәni adlandırılan millәtlәr zülm
vә istibdad önündә yuxulu vәziyyәtdә qalarkәn işıq
Şәrqdәn gәlir. Çürümüş, hәya vә abırdan mәhrum mil-
lәtlәrin ölü qәlblәrinә bu dәfә türklәr yeni ruh bәxş edә-
cәklәr”.

Digәr bir mәktubunda isә deyilirdi:
“Mәn bu mәktubu sizә yazarkәn Süleyman Nazif,
Əhmәd Emin, Vәlid, Cәlal bәylәrlә Esat vә Mahmud pa-
şalar bağçada gәzirlәr. Vasif bәy ilә (Qara Vasif bәy)
Rauf bәy1 isә yanımda dururlar. Belә olacağı kimin ağlı-
na gәlәrdi? Lakin bütün bunlar müvәqqәtidir, keçicidir.
Əsl iş mәmlәkәtin vә millәtin xilas olmasıdır. Siz buna
inanın. Bunun üçün dualar edin. Türklәr belә şeylәrә
tab gәtirәrlәr. Millәtimizin yaşaması isә iradeyi-ilahidir!”
Bәzәn qüssәyә, kәdәrә qapıldığı mәqamlar da olurdu.
Əsarәt hәyatının yeknәsәq vә sıxıcı şәrtlәri içәrisindә
dәrin iztirabların girdabına düşür, gәnc vә duyğusal bir
adam kimi ürәyindәkilәrinin hamısını dilә gәtirirdi:
“Bu mәktubu sizә yazdığım anda bayırda hava elә
xoşdur ki, elә bil aprel ayıdır (Mәktub 1920-ci ilin noyabr
ayında yazılıb – müәllifin qeydi). Qarşı tәrәfimizdәki tә-
pәciklәr sarı çiçәklәrlә doludur. Hәr tәrәf yaşıllıqlara
bürünüb. Bir neçә dәqiqә әvvәl mәn balkonda gәzinir,
qarşıdakı körfәzi dolduran gәmilәrә baxır, sizi düşünәrәk
öz-özümә deyirdim: “Ah, nә olaydı, bu gәmilәrin biri
mәni alıb yanınıza aparaydı, iki ildәn bәri çox zalımanә,

1 Әhməd Ağaoğlunun Malta sürgünündəki tale yoldaşları. Sonuncu iki şəxs –
Mustafa Vasif Karakol (1880-1931) və Rauf Orbay (1881-1964) peşəkar hərbçilər
idi. Malta sürgünündən xilas olduqdan sonra hər ikisi Milli Mücadilə hərəkatında
fəal iştirak etmişdilər.

309
   304   305   306   307   308   309   310   311   312   313   314