Page 314 - book-online
P. 314
ìÿä Àüàîüëó

axşamı onunla necә söhbәt etdiyim, o dövrә aid xatirә
dәftәrlәrimdә әks olunub:

“Dünәn liseyi bitirdim. Gecә atamla evin qarşısında
oturduq. Hava isti idi. Avqust böcәklәrinin bitib-
tükәnmәyәn şәrqisi әtrafa yayılırdı. İydә ağaclarından
tünd, insanı bayıldan әtir yayılırdı. Ara-sıra lap uzaqlarda,
Almadağın arxasında parlayıb-sönәn sәssiz şimşәklәr
görürdük. Evimizdәki otaqlardan yalnız birindә işıq
yanırdı vә hәmin otağın pәncәrәsindәn üzü, qaranlıqda
ağappaq süd kimi görünәn bir qadın bizә baxırdı.

Atam dalğın idi. Tez-tez siqarına dәrin qüllab vurur,
buna uyğun şәkildә әlinin barmaqları ilә dә dizlәrini
döyәclәyirdi.

Ondan hәmişә qorxmuşdum. Düz dünәn gecәyә
qәdәr. Atam hәyatımın әn sәrt üzü, әn sәrt sәsidir.
Xәstәlәndiyim zamanlar bu sәrtliyin birdәn-birә necә
dәrin şәfqәtlә әvәz olunduğunu dәfәlәrlә görmüşdüm.
Lakin xәstәlәnmәyim nadir hallarda baş verirdi. Ona
görә dә atam nәzәrimdә daha çox nәhayәtsiz zabitә vә
sәrtlik simvolu idi. Fәqәt liseyi bitirdiyim günün gecәsi
onun qarşısında hәyatımda ilk dәfә qorxu duymadan
oturmuşdum. İkimiz dә susurduq. İkimizin dә ürәyi
biri-birimizә söylәmәk istәdiyimiz sözlәrlә dolu idi.
Atamın söhbәtә birinci başlamasını istәyirdim vә onun
üzünә baxırdım. Saçlarının yarısından çoxuna dәn düşmüş
әsmәr çöhrәsi mәnә çox gözәl görünürdü. O, nәzәrimdә
antik bir heykәl başına bәnzәyirdi. Pәncәrәdәn düşәn
zәif işıq, üzünün qırışlarını daha da qabardaraq dәrinlәş-
dirmişdi. İncә dodaqları, qalın qaşları, böyük gözlәri, iri
vә bir qәdәr әyri burnu vardı. Hәmin dәqiqәlәrdә
qarşımda oturan bu insanı nәhayәtsiz dәrәcәdә sevdiyimin
fәrqindә idim. Şiddәtli qorxu öz yerini eyni dәrәcәdә

314
   309   310   311   312   313   314   315   316   317   318   319