Page 316 - book-online
P. 316
ìÿä Àüàîüëó
anası bu evliliyә razı deyildi. Çünki, әvvәla, atamı
әsilzadә saymırdı. Sonra xalq arasında “Firәng Əhmәd”
kimi tanınan bu gәnc adamı mühitin adәtlәrinә,
әnәnәlәrinә, mәzhәb qaydalarına qarşı çıxan üsyankar
hesab edirdi. Bu sәbәbdәn dә evlәnmәlәri inadkar vә
zabitәli nәnәmin ölümünә qәdәr mümkün olmamışdı.
Anam birgә hәyatlarının ilk günündәn etibarәn öz
taleyini qeyd-şәrtsiz atamın taleyi ilә bağladı.
“Hadisәlәr vә daxilimdә duyduğum böyük cazibә
qüvvәsi mәni әsir bir türk mәmlәkәtini buraxaraq azad
türk mәmlәkәtinә köçmәyә mәcbur edәn zaman Sitarәyә
(anamın adıdır – müәllifin qeydi) “Mәn tanımadığım, bә-
lәd olmadığım bir yerә gedirәm – dedim. – Orada mәni
necә bir taleyin gözlәdiyindәn xәbәrim yoxdur. Bәlkә,
böyük bir sәfalәt, nәhayәtsiz xәyal qırıqlığı olacaq. Əgәr
mәnimlә birlikdә aqibәti tamamilә mәchul olan bu yol-
çuluğa çıxmaq istәmirsәnsә, tam seçim sәrbәstliyin var.”
Ananız mәnә “Xeyr, – dedi, – Sәn dörd övladımın
atasısan. Harada, hansı vәziyyәtdә olsan, mәn dә sәnin
yanında olacağam”.
İndi isә atama ilk çap olunmuş yazımı gәtirdiyim ax-
şamı xatırlayıram. Ankara Universiteti hüquq fakültәsi-
nin birinci kursunda oxuduğum zaman tәlәbә yol-
daşlarımdan bir neçә nәfәrlә birlikdә “Yalnız gәnclik!”
adlı mәcmuә çıxarmağa başlamışdıq. Ancaq üç sayı işıq
üzü görәn mәcmuәnin birinci sayındakı imzasız baş
mәqalәni mәn yazmışdım. Bu, “Memar Solnes” başlıqlı
yazı idi. Mәqalәdә Henrix İbsenin1 böyük faciәsini şәrh
edir vә “Bizim dә ustadlarımızın hamısı Solnes oldular,
bizә meydan vermirlәr” – deyә şikayәtlәnirdim.
1 Henrix Yohan İbsen (1828-1906) – Norveç dramaturqu, Avropa “yeni dramının”
banisi, şair və publisist. 1893-cü ildə qələmə alınan “Memar Solnes” dramında
İbsen yüksək amallara can atan, eyni zamanda şəxsi rahatlığını da itirmək
istəməyən insanın faciəsini canlandırmışdı.
316