Page 319 - book-online
P. 319
Àòàìûí äîñòëàðû

Böyük vә bәr-bәzәkli bir salondayıq. O, qarşımda
oturub. Bәyaz saçları qarayanız sifәtinә kül rәngli kölgәlәr
salmaqdadır. Bir әlinin barmaqları ilә aramsız dizlәrini
döyәclәyir. Mәnә hәyatından danışır: “İyirmi dörd
yaşındaydım....”

Yarımәsrlik ömrünü birdәn-birә gәnclik xәyallarının
içәrisinә atan bağlardayıq. Külәyin әsmәdiyi sakit
günlәrdәn birindә qırmızı damlı evimizin qabağına
yamyaşıl kölgә salan ceviz ağacının altında oturmuşuq.

Üzündә tәr, bәdәnindә titrәtmә var. Yenә eynәn on il
әvvәlki kimi gözümüzün gördüyü şeylәri sayır. Sonra
sıra bu evә gәlir. Sözünә davam edә bilmir. Bu ev ki-
mindir? Bu ev kimә aiddir?

Ətrafımızda xәyallar dolaşmağa başladı. Kiçik, sarı-
bәnizli, qapqara gözlәri olan qadın. Cins atın hәyat dolu
kişnәrtisi, bir dәstә uşaq, araba tәkәrlәrinin taqqıltısı...
O gәlir. Ağ rәngli paltarının içindә gursaçlı qarayanız si-
fәti mәrmәr heykәl kimi gözlәnilmәdәn aramızda gö-
ründü.

Hava sәrinlәşdi. Xәyallar qeyb oldu. Üşüyә bilәr.
Qoluna girirәm, bir daha geri dönmәmәk şәrti ilә qırmızı
damlı evdәn, yaşıl kölgәli ceviz ağacından uzaqlaşırıq.

Stansiyadayıq. O, vaqonun pәncәrәsi önündә dayanıb.
Mәnә baxır. Gözlәrindә gizlәtmәyә çalışdığı hüzn var.
Danışmaq istәyirәm. Ancaq deyә bilәcәyim bir kәlmә
dә yoxdur. Sonra fit çalınır, zәng sәslәri eşidilir. Ağır-
ağır uzaqlaşan vaqonlar, görünmәz olan pәncәrә, yavaş-
yavaş gözdәn itәn bәyazsaçlı qarayanız çöhrә... Önümdә
birdәn-birә böyük bir boşluq açıldı. Tәkbaşına geri
qayıdıram. Əcәba, onu bir dә görә bilәcәyәmmi?”

Atamı Keçiörәn bağlarına çәkәn hisslәr arasında bu
yerin doğulub-böyüdüyü mәmlәkәtә bәnzәmәsinin dә
çox mühüm tәsiri vardı. Burada dünәnә qәdәr siyasi

319
   314   315   316   317   318   319   320   321   322   323   324