Page 323 - book-online
P. 323
Àòàìûí äîñòëàðû

Evin tәk hakimi atam özü idi. Ev isә sadәcә xanımından
vә uşaqlarından ibarәt deyildi. O, eyni dam altında
yaşayıb-yaşamamalarından asılı olmayaraq bütün
qohumlarının bütün mәsәlәlәrdә onunla mәslәhәtlәş-
mәlәrini, onun iznini almalarını, ona hörmәt vә ehtiram
göstәrmәlәrini tәlәb edәn ailә rәisi idi.

Bizә yarızarafat, yarıciddi tәrzdә dediyi “Sizi uşaq-
larınızın yanında da döyәrәm” – sözlәri, әslindә söylәdiyini
etmәyә qadir olduğunu, özünü buna sәlahiyyәtli saydığını
göstәrirdi. Vaxtı ilә özü dә evin vә ailәnin başçısı sayılan
әmisinin, hә a anasının yanında belә atasını bu cür
döydüyünә şahid olmuşdu.

Lakin atam nәsil әnәnәlәrinin ona verdiyi sәlahiy-
yәtlәrdәn heç zaman sui-istifadә etmәmişdi. Böyük
ailәmizdәn bir nәfәrin dә onun haqsız davranışına mәruz
qaldığını heç zaman görmәdim.

Keçiörәndә yaşadığımız illәrin bütün sevinc vә
kәdәrlәrini daim bizimlә paylaşan sevimli bir insan da
vardı – Yusif Akçura!

Atamın onunla dostluğu dәrin vә sәmimi idi. Sәsinin
ahәngindәn titrәk saqqalının uclarına, gözlәrinin işıqlarına
qәdәr incә istehza ilә danışan Yusif Akçura da atama
eyni dәrәcәdә dәrin, sәmimi hisslәrlә bağlanmışdı.

Atam “Yusifdәki istehza nadir hallarda nәşәnin, әksәr
hallarda isә iztirabın tәzahürüdür” – deyirdi. “Bütün
böyük zәkalar bir iş görә bilmәdiklәri anlarda istehzalı
olurlar”.

Akçura, içәrisindә yaşatdığı üsyanları hәyatda yalnız
bir nәfәrә – atama açırdı. Çünki atam belә etirafları
dinlәmәyi vә qiymәtlәndirmәyi bacarırdı. Tanıdığım in-
sanlar içәrisindә ifrat hәssaslığı ilә seçilәn vә iztiraba
şәrik çıxmağı bacaranlardan biri dә Yusif Akçuranın
özü idi.

323
   318   319   320   321   322   323   324   325   326   327   328