Page 327 - book-online
P. 327
Àòàìûí äîñòëàðû

Son illәr

1931-1939. Bu sәkkizillik dövr ömrünün son, lakin
әn qüvvәtli mәrhәlәlәrindәn birini tәşkil edir. Üzünün
qırışları dәrinlәşmiş, saçları, demәk olar ki, tamam ağar-
mışdı. Get-gedә daha çox qoca aslana bәnzәmәyә baş-
layırdı. Eyni zamanda yazılarındakı kimi, söz-söh-
bәtlәrindә dә yeni hava nәzәrә çarpırdı. İllәr keçdikcә
atam daha istehzaçı olurdu. Çox uzaqlarda qalmış
keçmişin qaranlıqlarından bir-bir, bütün tәfәrrüatı ilә
tapıb üzә çıxardığı xatirәlәri vә tәcrübәlәri ilә әtrafını
qaplayan canlı alәm onun haqqında hökmünü, hәm dә
son hökmünü vermәk әrәfәsindә idi. O, dünyanı gözü
önünә qoymuşdu, bütün zәif vә qüvvәtli tәrәflәri ilә,
keçmişi, indisi vә gәlәcәyi ilә hәr şeyin qiymәtini vermәkdә
idi. Böyük bir hәyatın içindәn keçәrәk әvvәldәn sona
gәlmişdi. Dik yoxuşu dırmanmışdı. İndi tәpәdә idi.
Ürәyi sıxılır, dizlәrindә taqәtsizlik var. Bәlkә yorulub?
Əti vә sümüklәri ilә ola bilәr, amma ruhu vә beyni
cavandır, diridir. O qәdәr diridir ki, hә a özünü yeni
mübarizәlәrә hazırlayır. O zaman Almaniyada yaşayan
böyük bacım Tezәrә mәktublarının birindә belә yazırdı:

“Son günlәrdә mәmlәkәtin ziyalı insanlarından
neçәsini bir hәftәnin içәrisindә itirdik. Abdulla Cövdәt,
Samih Rifәt1, musiqişünas Sürәyya bәy hamısı birdәn
getdilәr. Hәr kәsdәn daha çox zavallı Sürәyyaya, onun
gәncliyinә, ruhunun aliliyinә acıdım. İki gün әvvәl
mәnim üçün pianoda çalmış vә oxumuşdu. İki dәqiqәnin
içindә ürәkdәn getdi!

1 Samih Rifət (1875-1932) – türk şairi, dilçi və siyasətçi. Türk Dil Qurumunun ilk
başqanı olmuş, Mehmet Akif ilə birlikdə “Divani Lüğət-it-Türk” əsərini türkcəyə
çevirmişdi. Bir neçə çağırış Türkiyə Böyük Millət Məclisinin üzvü seçilmişdi.

327
   322   323   324   325   326   327   328   329   330   331   332