Page 330 - book-online
P. 330
ìÿä Àüàîüëó

gedәcәkdimi? Yoxsa sәrbәst qalacaqdı? Əgәr bununla
bağlı tam inam hasil etsәydi, mücadilәlәri dә belә sәrt
olmayacaqdı.

Onu zaman-zaman öz tәsiri altına alan qocalıq әndişәsi
uzun çәkmir, tezliklә yerini nәhayәtsiz hәyat eşqinә, bu
eşqin çeşidli tәzahürlәrinә verirdi. Gündә on saat işlәyir,
dәrs deyir, mәqalә yazır, evin içindә, dost-yoldaşları
arasında, öz mühitindә hәr kәsdәn böyük hörmәt görürdü.
O halda, demәli, qocalmamışdı! Bu inamla bir tәrәfdәn
dördüncü sәfәr, hәm dә ilk dәfәsindәki sürәt vә hәyәcanla
yeni evini qurmağa başlayır, o biri tәrәfdәn isә yeni
qәzetlәrin tәsisi üçün çalışırdı:

“Aldığımız ev son dәrәcә böyük vә genişdir. Xeyli
tәmir işlәrinә möhtacdır. O biri yandan da qış yaxınlaşır.
Ona görә hәmişә özüm fәhlәlәrin başı üstündә dayanıb
işin gedişinә nәzarәt etmәli oluram... “

“Cümhuriyyәt” qәzetindә “Dövlәt vә fәrd”1 adlı on
dörd mәqalәdәn ibarәt silsilә ilә yenә böyük gurultu
qopardım. İndi mәtbuat vә ә ari-ümumiyyә bu gurultu
ilә mәşğuldur. Fәrd vә hürriyyәt uğrunda mücadilә
edirәm. Mәnimlә mübahisә edәnlәr “Fәrd yoxdur, dövlәt
var” – deyirlәr. Mәn isә “Hәm fәrd vardır, hәm dә döv-
lәt” – deyirәm”.

“Verdiyim dәrslәrә müntәzәm davam edirәm. Sevdi-
yim mövzu olduğundan hәvәslә hazırlaşıram. Tәlәbәlәr
dә bu dәrslәrә böyük şövqlә gәlirlәr. Bәzәn kürsü arxasına
keçmәk üçün aralarından yol tapa bilmirәm”.

Altmış yaşına girdikdәn sonra başladığı coşqun
fәaliyyәt böyük bir macәra vә bu macәranın ardınca

1 “Dövlət və fərd” – Әhməd Ağaoğlunun 1933-cü ildə İstanbulda çap olunan
əsəri. Burada müəllifin dövlət quruluşu və demokratiya ilə bağlı fikirləri öz əksini
tapmışdı.

330
   325   326   327   328   329   330   331   332   333   334   335