Page 326 - book-online
P. 326
ìÿä Àüàîüëó

vürümdә mәmlәkәti ilә maraqlanmayan adam demәkdir!”
O gecә evdә anama “Oğlun әla qiymәt aldı. Amma

onu danladım, әmәlli-başlı tәrlәmәyә mәcbur etdim” –
demişdi.

Dәrs otağına girәndә, ilk növbәdә, gözlәri ilә mәni
axtarar, dәrsdә olub-olmadığımı dәqiqlәşdirәrdi.

Ankara Universitetinin Hüquq fakültәsindә tәhsil
alan bir neçә yoldaş yığışıb “Gәnc Türk Ədәbiyyatı
Birliyi” adlı cәmiyyәt qurmağa tәşәbbüs göstәrmişdik.
Mәsәlәyә müsbәt yanaşmayan fakültә rәhbәrliyi mәndәn
atama şikayәt etmişdi. O gün sinfә girdiyi zaman yenә
üzümә baxdı. Lakin bu dәfә nәzәrlәri bambaşqa idi.
Dәrsi әsәbi hava içindә keçdi. Qapıdan çıxanda әli ilә
dalınca gәlmәyimi işarә etdi. Getdim. Üzümә baxmadan
“Sәndәn şikayәt elәdilәr, xoşum gәlmәdi, axşam evә tez
qayıt!” – dedi.

Axşam yemәyindәn sonra kitabxanasına çәkildik.
“O nә cәmiyyәtdir qurmusunuz? – deyә sözә başladı. –
Mәn istibdad әleyhdarı olduğum qәdәr dә, anarxiya
әleyhdarıyam. Fakültә rәhbәrliyinin qәbul etmәdiyi bir
işdәn sәn dә vaz keçmәlisәn!”
Bir söz demәdim. Lakin hәyatım boyu atama qarşı
etdiyim ilk vә son itaәtsizlik onun әmrini qulaqardına
vurmağım oldu.

326
   321   322   323   324   325   326   327   328   329   330   331