Page 329 - book-online
P. 329
Àòàìûí äîñòëàðû

“Ankarada tәlәbәlәrlә vidalaşmağım çox hәyәcanlı
oldu. Bu münasibәtlә bir yemәk dә tәşkil etmişdilәr.
Ankaradakı müәllimlәr dә gәlmişdilәr. Uşaqlar (tәlәbәlәr
nәzәrdә tutulur – V.Q.) nitq söylәdilәr. Onlar da, mәn
dә hәdsiz tәsirlәndiyimizdәn ağladıq. Sonra özüm öz
hәrәkәtimdәn utandım. Utanmağım artıq qocaldığıma,
sinirlәrimә nәzarәt edә bilmәmәyimә görә idi. Lakin
hәr kәsin başına gәlә bilәn bu hadisәdәn mәn niyә
utandım? Başa düşürәm ki, daim gәnc, göz yaşının nә
olduğunu bilmәyәn gәnc kimi qalmaq arzusundayam.
Lakin, heyhat, hәr arzunun gerçәyә çevrilmәsi mümkün
deyildir”.

“Amma fikirlәşmәyin ki, mәn, hәqiqәtәn dә, ixti-
yarlaşmışam, saralıb-solan, әsib-titrәyәn, hәr dәfә asanlıqla
göz yaşları axıdan qocaya çevrilmişәm. Xeyr, xeyr, bunu
әsla qәbul edә bilmәrәm. Hәlә ürәyimdә tәpәrim vә
şövqüm var”.

“Dünәn, ayın 28-dә burada, Darülfünunda ilk dәrsimi
dedim. Böyük sinif otağı tamam dolu idi. Sinfә girdiyim
zaman mәni bitib-tükәnmәyәn alqış sәdaları ilә
qarşıladılar. Eyni şey sinifdәn çıxanda da tәkrarlandı.
Əgәr bundan hәzz almadığımı desәm, sözlәrimә
inanmayın. Fәqәt, görürsünüzmü, Ankaradan ayrılma-
ğımla bağlı axıdılan göz yaşları ilә İstanbula gәlmәyimlә
әlaqәdar izhar olunan bu sevinclәr arasında fasilә nә
qәdәr az oldu. Hәyatın bütün dәyişikliklәri, cilvәlәri dә
belәdir. Böyük bir mәna ifadә etmәzlәr. Əhәmiyyәtlәri
yalnız baş verdiklәri zamana aiddir. Sonra hәr şey o
böyük yoxluq alәminә çәkilib qeyb olur”.

Ruhunda baş verәn bu qocalıq-gәnclik mücadilәsi
daim mübarizәlәrdә keçәn vücudunun qocalmış olması
әndişәsindәn irәli gәlirdi. Cild çürüyüncә, ruh da uçub

329
   324   325   326   327   328   329   330   331   332   333   334