Page 334 - book-online
P. 334
ìÿä Àüàîüëó
dәrin vә qaranlıq bir uçurumla çevrәlәnmiş kimi görür,
özümü bu sәfil dünyada yalnız vә kimsәsiz qalmış adam
kimi hiss edirәm”.
İkisi dә işsiz-gücsüz ixtiyar olduqları vaxt Əbdülhәq
Hamidlә dәrdlәşәndә Hamid deyirmiş ki, “Əhmәd bәy,
“Axşam olacaq” – deyә qorxuya düşürәm. Mәn ki bir
vaxtlar yalnız gecәlәr yaşardım vә “Axşam bir az tez gәl-
sәydi!” – deyә düşünürdüm. İndi hәyatımın o әn gözәl
illәrinә nifrәt edirәm. “Heç, heç axşam olmasaydı!” –
deyirәm”.
Atam: “Hamidlә mәni birlәşdirәn yeganә cәhәt gecәlәr
yuxuya gedәn şәhәrin iki bayquşu olmağımızdır” –
deyirdi.
“Bu sәfil dünyada tәkbaşına qalmaq! Altmış yaşından
sonra ticarәtlә mәşğul ola bilmәrәm. Mәni özümә yeni
peşә tapmaq mәcburiyyәti qarşısında qoydular. Artıq
çox gecdir. Yazmaq vә danışmaq – hәyatımın mәnası bu
idi. İndi mәnasız bir hәyat yaşayıram”.
Yusif Akçura öldüyü zaman “Dostlarım mәni bir-bir
atıb gedirlәr. Hamısının arxasınca mәrsiyә yazmaq
vәzifәsi mәnim üzәrimә düşür. Bәs növbәm nә zaman
gәlәcәk?” – deyәrkәn әcәba, hәqiqәtәn dә, ölüm haqqında
düşünürdümü? Bu fikirdә deyilәm. Lakin ölümünә
tәdricәn alışırdı. Ciddi xәstәliyi ilk tәhdidlәrini göstәrir,
günlәrlә yorğan-döşәkdә yatmaq mәcburiyyәtindә qalırdı.
Hәssaslığı da bu xәstәliklә bәrabәr artmış, özünü
yeni şәkillәrdә göstәrmәyә başlamışdı. Ətrafındakı
adamların hamısını bezdirdiyi vә әsәbilәşdirdiyi әndişәsi
fikirlәrinә hakim kәsilmişdi. Xәstәliyi ilә yanındakıları
daimi iztirab içindә saxlamağa haqqı vardımı?
Böyük bacım Tezәrә “Mәnim dә uşaqları görmәk
ehtiyacım az qala bir hәsrәt vә iztirab şәklini aldı. Lakin
bir günüm başqasına bәnzәmir vә özümә dә o qәdәr
334