Page 333 - book-online
P. 333
Àòàìûí äîñòëàðû

bir çox dostlarının itirib-axtarmadığı vaxtda otuzillik
hәyat yoldaşı, uşaqlarının anası, sirlәrinin yeganә
hәmdәmi, bu kiçik, qaragözlü qadın da onu hәmişәlik
tәk qoyub dünya evindәn köçdü. Fәlakәti böyük bir
sükunәtlә qarşıladı. Artıq qәzavü-qәdәrә hәr zamankından
daha çox inanırdı. Dünyanın әzәli vә dәyişmәz nizamı
içәrisindә keçilmiş bütün bu yollar onun idimi? Bu
gurultu, hәrc-mәrclik, döyüşmә, oradan buraya, buradan
oraya qoşmaqları nәdәn ötrü, nәyin xatirinә edilmişdi?

Arxada qoyub gәldiyi keçmişә tamam yad adam
kimi baxır, gördüyü hadisәlәri, vaqeәlәri, mәnzәrәlәri
hüzn qarışıq şövqlә seyr edirdi.

Hәyatının gündәlik nizamı birdәn-birә dәyişdi. İndi
gecәlәr oturur, gündüzlәr yatırdı. Özü dә istәmәdәn
belә olmuşdu.

“Axşam gәlir – deyirdi. – Yenә dә gecәyarısına kimi
sizin ürәyinizi üzәcәyәm”.

Hamımızı başına toplayıb gecә saat ikiyә, üçә qәdәr
oturur, danışır, zarafatlaşır, düşünürdü. Sonda, sadәcә
bizi yuxu üzünә tamam hәsrәt qoymamaq xatirinә
otağına çәkilir, bәzәn qaranlıqda, bәzәn isә kiçik stolüstü
lampanın işığında yenә dә saatlarla oyaq qalırdı.

Kürәkәninә yazdığı mәktubda bizdәn gizlәtdiklәrini
ona anladırdı:

“Otuz üç illik bir ömür-gün yoldaşından әbәdi ayrıl-
maq o qәdәr dә asan iş deyil. Hәm dә necә bir yoldaş!
Sәnin onu layiqincә tanımaq vә öyrәnmәk imkanın olma-
dı. Hәyatımda tәsadüf etdiyim insanların әn yaxşısı idi.
Mәnim kimi çәtin adama otuz üç il dözdü. Bütün bu
müddәt әrzindә hәyatımın çox dağdağalı, çox sarsıntılı
eniş-yoxuşlarına tab gәtirib şikayәtlәnmәmәyi bir yana
qalsın, hәmişә mәnә arxa oldu, tәsәlli verdi. İndi әtrafımı

333
   328   329   330   331   332   333   334   335   336   337   338