Page 336 - book-online
P. 336
ìÿä Àüàîüëó

karlığına şahidlәr tapıb polisә aparar, cәzalandıra bilәrlәr.
Övladlara gәldikdә onlar әski zamanlardakı kimi vәhşi
olmasalar da, qәddarlıqlarında әski zamanlardan geri
qalmazlar. Evlәnәn kimi çәkilib gedәrәk qocaları bir
tәrәfә atar, öz keflәrindә olarlar. Xәtir-filan belә
soruşulmaz. Lakin bu әbәdi mükafat vә әkilәnin biçildiyi
dünyadır. Tәkdaş1 böyüyür, vaxt gәlәr, evlәnәr, arvadını
qoltuğuna vurub çıxıb gedәr vә siz dә arxadan baxıb
“әkdiyimizi biçirik” – deyә fәryad edәrsiniz. İnşallah, nә-
vәm mәnim intiqamımı sizdәn alar”.

Digәr mәktubunda isә “Qızlarımı daha çox istәdiyimi
heç vaxt gizlәtmәdim. Sәnin dә qızın olsa, görәcәksәn
ki, eynәn mәn xasiyyәtdәsәn. Nәdәnsә, qızlar oğlanlardan
daha fәdakar, daha vәfalı olurlar” – deyә yazırdı.

Keçiörәndә layihәsini özü verdiyi, inşaatına özü
rәhbәrlik etdiyi evә memarlıqda qәlbinin hәyәcanından
başqa heç bir qayda-qanun tanımayan ustad iftixarı ilә
baxar, bu tikintidә aşkara çıxarılması çox tәbii, asan
qüsurları göstәrәnlәrә vә açıq deyәnlәrә bәrk әsәbilәşәrdi.
Əgәr tәnqid ailә üzvlәrindәn birinin dilindәn eşidilirdisә,
o zaman üzündәki xәtlәr gәrilir, dodaqlarındakı acı
tәbәssümlә “Nә edim, mәnim dә әlimdәn gәlәn bu oldu.
Siz övladlarınızı daha gözәl yerlәrdә, saraylarda
oturdarsınız” – deyirdi.

1 Təkdaş Ağaoğlu (1934) – Әhməd Ağaoğlunun nəvəsi, Səməd Ağaoğlunun
böyük oğlu. Oksford Universitetinin hüquq fakültəsini bitirib (1956). İlk hekayələr
kitabı 1956-cı ildə çap edilib. İstanbulda kiçik qardaş Mustafa Kamal Ağaoğlu
(ədəbi təxəllüsü Mim Kaf Ağayev) ilə birlikdə 1964-1972-ci illərdə fəaliyyət
göstərən Ağaoğlu nəşriyyat evini qurmuşdu. Bədii yaradıcılığı, habelə rus və ingilis
ədəbiyyatından tərcümələri ilə tanınır. Karl Marksın Kommunist Partiyasının Mani-
festini ilk dəfə türk dilinə çevirib. Eyni zamanda jurnalistika ilə ardıcıl məşğul olur.
1974-cü ildə qurulan sol təmayüllü Türkiyə Sosialist Partiyasının üzvüdür. Siyasi
baxışlarına görə bir neçə dəfə həbs edilib. Hazırda İstanbulda yaşayır.

336
   331   332   333   334   335   336   337   338   339   340   341