Page 340 - book-online
P. 340
ìÿä Àüàîüëó

gәzib-dolaşır, “Ah, bu hәyat davam edә bilsәydi...” –
deyә öz-özünә danışırdı.

Hәyatından mәmnun idi. Uşaqları böyümüşdü. Adı
bütün türk dünyasında şәrәf vә hörmәtlә tanınırdı. Qırx-
illik mübarizәlәrinin çoxu zәfәrlә bitmişdi. Nәsli davam
edәcәkdi. Artıq nәvәlәri çevrәsindә dil-dil ötürdülәr.
Elә isә, demәli, hәyatdan istәdiyini ala bilmişdi!

Fәqәt bütün bunları niyә Sitarә görә bilmәdi?
Bunu düşündüyü zaman dodaqlarının qanı çәkilir,
üzündә iztirablı kölgәlәr gәzib-dolaşmağa başlayırdı.

Ölüm

Ölümә qarşı hәqarәt, nifrәt vә tabeçilik göstәrmәdәn
onu tәbiәtin qanunu kimi gözlәmәk güclü insanın
xarakterindә öz әksini tapıb. Son iztirabımız eyni
zamanda hәm dә son tәcәssümümüzdür.

Bir gün Ankarada böyük bacım Tezәrin evinә
getmişdim. Mayın ilk hәftәsi başa çatmaqda idi. Masanın
üstündә atamdan gәlәn mәktubu gördüm. Mәnә idi.
Açdım.

“Gözümün nuru,
Mәktubunu aldım. Sәhv elәmirsәn. O gün hәm xәstә
idim, hәm dә sәnә hirslәnmişdim.
Xәstә idim. Çünki artıq hәmişә xәstәyәm. Taqәtim,
qüvvәm tükәnib. Ən kiçik bir hәrәkәt, әn balaca bir
tәrpәniş mәni yorur. Hәmişә әsәbilik içәrisindә gah
birinә, gah digәrinә çımxırmaqdayam. Əminәm ki, bu
sәbәbdәn artıq әtrafımdakılar da mәndәn beziblәr. Özüm

340
   335   336   337   338   339   340   341   342   343   344   345