Page 343 - book-online
P. 343
Àòàìûí äîñòëàðû

Ankaradan danışdım. Son mәqalәlәrinin cәmiyyәtdә
böyük әks-sәda doğurduğunu söylәdim. Vәziyyәti elә
dә qorxulu görünmürdü. Hәmişәki böhran anlarında
olduğu kimi, onu üzüb әldәn salan yorğunluq vә çәtinliklә
nәfәs almasından başqa ciddi bir dәyişiklik nәzәrә
çarpmırdı.

– Yaxşısan, ata. Heç bir şeyin yoxdur.
Əlini uzadaraq “Mәni qaldır” – dedi. Əlindәn yapış-
dım. Oturarkәn başını üzümә söykәdi. Sifәti od kimi
yanırdı. Gözlәrimә baxaraq “Sәmәd! – dedi, – hәyat bit-
di. Axır ki, gәlib sona çatdım”.
Hәmin vaxta qәdәr xәstәlәnәndә kimsә ondan belә
söz eşitmәmişdi.
– Nә danışırsan, ata? Sәn hәlә nәvәlәrinin toyunu
görәcәksәn.
Sözlәrini bir dә tәkrar etdi:
– Hәyat bitdi!
Sonra tәkrar yerinә uzanıb hәmişәki kimi balaca
bacım Gültәkinlә zarafatlaşmağa başladı.
Daimi hәkimi әn sevimli dostlarından olan Aqil
Muxtar idi. “O, böyük adamdır. – deyirdi, – bizdә çox
az tәsadüf edilәn böyük adamlardan biridir”.
Bu dәfә Aqil bәy Bolqarıstanda idi. Ona görә dә
atamın müalicәsi ilә xәstәliklәrini әvvәldәn bilәn, hәm
dә ona daha çox qәlbi vә fikirlәri ilә bağlı olan doktor
Hәsәn Fәrid mәşğul olurdu. Atama “Hey, baba! – deyirdi, –
xәstәlik bu dәfә yaman çıxdı, sәni lap yordu. Amma sәn
dә xәstәliyin arxasını yerә vurdun. Maşallah, bir aslansan!”
Sonra bayırda bizә “Uşaqlar, vәziyyәti qorxuludu,
çox qorxuludu” – deyirdi. Amma bununla belә dünәnkinә
vә ondan әvvәlki günә baxanda nisbәtәn yaxşıdır. Görün,
necә danışırdı...”

343
   338   339   340   341   342   343   344   345   346   347   348