Page 347 - book-online
P. 347
Àòàìûí äîñòëàðû

BİOQRAFİK MƏLUMAT

ATAMIN DOSTU
ZİYA GÖYALP
(1876-1924)

Mәşhur türk ictimai-siyasi xadimi, sosioloq,
şair. İ ihad vә Tәrәqqi hәrәkatının görkәmli
nümayәndәlәrindәn biri kimi tanınmışdı.
1909-cu ildәn eyniadlı partiyanın Mәrkәzi Komitәsinin
üzvü idi. Salonikidә dövrün türk gәncliyinin inkişafına
mühüm mәnәvi tәsir göstәrәn “Gәnc qәlәmlәr” vә “Yeni
fәlsәfә mәcmuәsi” kimi jurnallar nәşr etmişdi. 1912-ci
ildәn etibarәn İstanbul Darülfünununda sosiologiya pro-
fessoru kimi fәaliyyәtә başlamışdı. Hәmin dövrdә
Azәrbaycan, Volqaboyu vә Krımdan olan türk intellek-
tualları ilә yaxın tanışlıq vә işbirliyi şәraitindә bir ideya-
siyasi cәrәyan kimi pantürkizmin nәzәri әsaslarını işlәyib
hazırlamağa başlamışdı. Birinci Dünya müharibәsinin
Osmanlı İmperiyası üçün mәğlubiyyәtlә başa çatdığı
1918-ci ildә bir sıra hәmfikirlәri vә әqidә dostları kimi
Ziya Göyalp da Britaniya işğal qüvvәlәri tәrәfindәn hәbs
olunub Malta adasına sürgünә göndәrilmişdi. Sürgündәn
qayıtdıqdan sonra Qurtuluş Savaşı sıralarında yer almışdı.
1923-cü ildә Diyarbәkirdәn Türkiyә Böyük Millәt Mәclisinә
seçilmişdi. Ziya Göyalpın әsәrlәri yeni Türkiyәnin quru-
cusu Mustafa Kamalın hәyata keçirdiyi islahatların nәzәri
әsaslarını tәşkil edirdi. Haqlı olaraq çağdaş türk
milliyyәtçiliyinin banilәrindәn biri sayılır. Türkçülük
ideyasının tәntәnәsi naminә osmanlılıq vә islamçılıq
düşüncәsinin arxa plana sıxışdırılması, ilk növbәdә,
onun adı vә fәaliyyәti ilә bağlı olmuşdu.

347
   342   343   344   345   346   347   348   349   350   351   352