Page 348 - book-online
P. 348
ìÿä Àüàîüëó
MİLLİ XƏTİB
ÖMƏR NACİ
(1878-1916)
Türk hәrbçisi, ictimai-siyasi xadim. İlk tәhsilini
Bursada, Osmanlı vә Türkiyә ordusunun bir sıra mәşhur
nümayәndәlәrinin alma-materi1 olan İşıqlar hәrbi liseyindә
almışdı. Hәmyaşıdları arasında gәlәcәyin zabitindәn
daha çox natiq vә şair kimi ad çıxarmışdı. Buradan
Monastır hәrbi liseyinә dәyişdirilmәsi hәlә yeniyetmәlik
yaşlarından Mustafa Kamalla yaxın dostluq әlaqәlәri
qurmasına imkan yaratmışdı. İ ihad vә Tәrәqqinin fәal
üzvlәrindәn biri, partiyanın idarә heyәtinin üzvü idi.
İ ihadçıların hakimiyyәtә tam sahiblәnmәlәrini tәmin
edәn 31 mart 1909-cu il Babi-Ali üsyanının qәlәbә ilә
başa çatmasında mühüm xidmәtlәri olmuşdu. Birinci
Dünya müharibәsi illәrindә Osmanlı ordusunun tәrkibindә
Qafqaz cәbhәsindә vә İranda vuruşmuşdu. İran Mәşrutә
inqilabında fәal iştirakına görә şah rejiminin tәqiblәrinә
uğramış, hәbs olunmuşdu. İ ihad vә Tәrәqqi Partiyasının
qәrarı ilә İraq türkmanları arasında türkçülük tәbliğatı
aparmaq, milli şüur oyandırmaq üçün göndәrildiyi
Kәrkükdә vәba xәstәliyindәn ölmüşdü. Burada әsgәri
ehtiramla, şәhid kimi dәfn edilmişdi.
1 Alma-mater – Teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə
tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Mənəvi qida verən
müəssisə olmaları anlamında verilir.
348