Page 345 - book-online
P. 345
Àòàìûí äîñòëàðû

O gecә hәyatının son yuxusunu yatdı.
Sәhәrә yaxın çox halsız vәziyyәtdә ayıldı: – Çox
halsızam, heç belә olmamışdım.
Biz bunu dәrmanın tәsirindәn olan halsızlıq hesab
elәdik.
Lakin saatdan saata zәifliyi daha da artırdı. Bu ara
soyumağa başlayan ayaqlarına isidici torba qoyan bacım
Tezәrә “Faydası yoxdur” – dedi. Sonra әllәrini sifәtinin
bәrabәrinә qaldıraraq uzun-uzadı baxdı: "Buz kimidir.
Artıq qan dövr elәmir".
Sürәyya bacım bağçada öz әllәri ilә yetişdirdiyi güllәri
dәrib gәtirәn Tezәri göstәrәrәk “Ata! – dedi, – bax, sevimli
qızın sәnә necә güllәr gәtirib!”
Atam güllәri iylәdi. Sonra bir hәftәdәn bәri yatağının
yanından ayrılmayan xәstә baxıcısına tәrәf çevrilib başı
ilә bizi göstәrdi: "Mәnim әsl güllәrim bunlardır. Bax, bu
uşaqlarımdır!" – dedi.
Hәmin anda hamımız yatağının yanına düzülmüşdük.
Xәfif bir tәbәssümlә sözünә davam etdi:
– İnsan da bir maşındır. Sadәcә, ürәyi, vicdanı olan
maşındır. Hәr bir maşın kimi sonda o da dayanmalıdır.
Ölüm tәbiәtin qanunudur. Hamımız o qanuna boyun
әyәcәyik. Artıq mәn dә dayanmaq üzrәyәm. Mәtanәtli
olun, heç vaxt bir-birinizdәn ayrılmayın!
Bir ara yanında yalnız xalam qaldı. Bir neçә dәqiqәdәn
sonra otaqdan çıxıb hıçqıra-hıçqıra özünü döşәmәyә
çırpdığını gördük. Demә, içәridә atam әllәrindәn tutmuş,
“Günahımdan keç. Sәni incitmişәmsә, günahımdan keç!” –
demişdi.
Sonra titrәyәn sağ әlinin mürәkkәb lәkәlәri heç zaman
getmәyәn üç barmağını qaldıraraq “Mәni bu barmaqların
haqqı olan pulla dәfn edәrsiniz. Son yazılarım üçün
aldığım qәlәm haqqı dolabın gözündәdir” – demişdi.

345
   340   341   342   343   344   345   346   347   348   349   350