Page 350 - book-online
P. 350
ìÿä Àüàîüëó

DİNSİZ MÜTƏFƏKKİR
DOKTOR ABDULLA CÖVDƏT
(1869-1932)

Türk materialist-filosofu vә maarifçi, jurnalist. İxtisas
etibarı ilә hәkim idi. Şair, әdәbiyyatşünas, tәnqidçi kimi
dә geniş fәaliyyәt göstәrmişdi. 1889-cu ildә İstanbul
Hәrbi Tibbiyyә Mәktәbinin tәlәbәsi ikәn dörd yoldaşı
ilә birlikdә (onlardan biri dә Əli bәy Hüseynzadә idi –
V.Q.) sonralar İ ihad vә Tәrәqqi hәrәkatına vә hakim
siyasi partiyaya çevrilәn “İ ihad vә Tәrәqqi Komitәsini”
qurmuşdu. Avropa ictimai-siyasi vә fәlsәfi irsinә dәrindәn
bәlәd olan fikir adamı kimi Osmanlı İmperiyasının
mütәrәqqi qәrb dәyәrlәrinә yiyәlәnmәsinә mühüm önәm
verirdi. 1904-cü ildә Cenevrәdә nәşr etmәyә başladığı
“İctihad” mәcmuәsi bu mәnada dövrün türk cәmiyyәtindә
inqilabi rol oynamışdı. Onun ideyalarının vә tәşkilati
fәaliyyәtinin Osmanlı İmperiyasının devrilmәsindә mü-
hüm payı olsa da, Abdulla Cövdәt siyasәt vә siyasi haki-
miyyәtlә maraqlanmamışdı. İ ihadçı dostlarının qәlәbә-
sindәn isә daha çox sekulyar ideyalarının yayılması üçün
istifadә etmişdi. İslam dininә qarşı kәskin çıxışlarına
görә bir neçә dәfә mәhkәmә qarşısında dayanmışdı.
Bәzi düşmәnlәri onu әsl adı ilә Abdullah (Allahın qulu)
deyil, Aduallah (Allahın düşmәni) çağırırdılar. 1928-ci
ildә Atatürkün istәyi ilә fransız filosofu Jan Messlerin
dinlәrin tәnqidinә hәsr olunmuş “Sağlam ağıl” kitabını
türk dilinә çevirmişdi. Əsәr dövlәt mәtbәәsindә böyük
tirajla nәşr edilmişdi. İnfarktdan dünyasını dәyişdiyi
1932-ci ildә Türkiyәnin bir çox din xadimlәri onun cәnazә
namazını qılmaqdan boyun qaçırmışdılar.

350
   345   346   347   348   349   350   351   352   353   354   355