Page 351 - book-online
P. 351
Àòàìûí äîñòëàðû

HƏRBİYYƏ NAZİRİNİN QARDAŞI
NURİ PAŞA KİLLİGİL
(1881-1949)

Osmanlı hәrbçisi vә iş adamı. Ənvәr Paşanın kiçik
qardaşı. Birinci Dünya müharibәsi illәrindә Osmanlı
İmperiyasının "Afrika" ordu qrupuna komandanlıq etmiş-
di. 1918-ci ilin iyununda Qafqaz İslam Ordusunun ko-
mandanı kimi Azәrbaycana gәlmiş vә Bakının işğaldan
azad edilmәsindә mühüm rol oynamışdı. 1920-ci ilin
iyulunda Qarabağda sovet rejimi әleyhinә üsyana cәhd
göstәrmişdi. 1921-1938-ci illәrdә Almaniyada yaşamış,
yalnız Atatürkün vәfatından sonra Türkiyәyә dönmüşdü.
Əvvәlcә kömür emalı fabriki, sonra isә silah zavodu
qurmuşdu. İkinci Dünya müharibәsi başlananda alman-
larla sıx әlaqә yaratmışdı. SSRİ-nin süqut edәcәyi tәqdirdә
müstәqil türk dövlәtlәri qurulması ideyasının qızğın
tәrәfdarı idi. Alman ordusunda Orta Asiyadan olan hәrbi
әsirlәrdәn ibarәt Türküstan legionu onun tәşәbbüsü ilә
yaradılmışdı. Berlindә müharibәdәn sonra Azәrbaycanın
müstәqilliyi ilә bağlı danışıqlar aparsa da, mәqsәdinә
çata bilmәmişdi. Silah ixtiraçısı kimi dә tanınır. Yarı-
avtomatik "Nuri Killigil" tapançasının müәllifidir. Silah
zavodunda baş verәn partlayış nәticәsindә hәlak olmuş-
dur.

351
   346   347   348   349   350   351   352   353   354   355   356