Page 355 - book-online
P. 355
Àòàìûí äîñòëàðû

BİR NAZİR
DOKTOR NAZİM BƏY
(1870-1926)

Türk hәkimi, ictimai-siyasi xadim, İ ihad vә Tәrәqqi
hәrәkatının öndә gәlәn simalarından biri. Selanikli Nazim
adı ilә dә tanınır. İstanbulda Əsgәri Tibbiyyәsindә vә
Parisdә ali tibb tәhsili almışdı. 1893-1907-ci illәrdә Parisdә
i ihadçılar hәrәkatının liderlәrindәn biri idi. 1908-ci il
inqilabının qәlәbәsindәn sonra Anadolu vilayәtlәrinin
baş valisi tәyin olunsa da, partiya işi vә hәkimliklә
mәşğul olmağı daha üstün tutmuşdu. 1918-ci ildә Tәlәt
Paşa hökumәtindә qısa müddәtdә maarif naziri
vәzifәsindә çalışdı. Osmanlı imperatorluğunun Birinci
Dünya müharibәsindә mәğlubiyyәtindәn sonra bәzi
әqidә yoldaşları ilә Almaniyaya qaçmış, sonra isә Ənvәr
Paşa ilә birlikdә bolşevik Rusiyasında olmuşdu. 1922-ci
ildә Atatürkün razılığına әsasәn Türkiyәyә dönmüşdü.
Hәmin dövrә qәdәr haqqında iki ölüm hökmü çıxarılmışdı
(1912 vә 1919-cu illәr). Adı indi dә saxta ermәni soyqı-
rımının ideya rәhbәrlәri arasında çәkilir. “Nemezis” er-
mәni terror tәşkilatı onu qәtlә yetirilmәsi vacib olan bir
neçә nәfәr türk siyasi xadimi sırasında “qara siyahıya”
daxil etmişdi. 1926-cı ildә Atatürkә sui-qәsddә i iham
edilәrәk İstiqlal Mәhkәmәsinin qәrarı ilә dar ağacından
asılmışdı.

355
   350   351   352   353   354   355   356   357   358   359   360