Page 359 - book-online
P. 359
Àòàìûí äîñòëàðû

sibәtlәr mәsәlәsindә görüşlәrindәn, mәslәhәtlәrindәn
sıx-sıx faydalanmışdılar. 1919-1939-cu illәrdә daha çox
Avropada, әsasәn Baltik ölkәlәrindә yaşamışdı. Bu illәrdә
ticari әlaqәlәrin qurulması ilә mәşğul olmuşdu. Türkiyәyә
qayıtdıqdan sonra 1944-cü ilә qәdәr türkcә nәşrinә
hazırlıq görülәn “İslam ensiklopediyası”nın nәşriyyat
bürosunun katibi vәzifәsindә çalışmışdı.

PƏRDƏ ARXASINDAKI ADAM
ƏLİ BƏY HÜSEYNZADƏ
(1864-1941)

Azәrbaycanlı filosof, hәkim, publisist, naşir, rәssam
vә ictimai xadim. İ ihad vә Tәrәqqi hәrәkatının, türkçülük
vә turançılığın ideya әsaslarının işlәnib hazırlanmasında
böyük xidmәtlәri olmuşdu. 1889-1903-cü illәrdә Osmanlı
İmperiyasında yaşamış, şәxsiyyәti vә fikirlәri ilә yeni
türk gәncliyi üzәrindә böyük tәsir buraxmışdı. Sultan
Əbdülhәmid xәfiyyәlәrinin davamlı tәqiblәrindәn xilas
olmaq üçün 1903-cü ildә tarixi vәtәni Azәrbaycana
dönmüşdü. Burada Əhmәd Ağaoğlu ilә birlikdә "Hәyat"
qәzetini (1905-1906) nәşr etmiş, milli jurnalistika tarixindә
yeni söz olan "Füyuzat" jurnalının әsasını qoymuşdu
(1906-1907). Bakıda fәaliyyәt göstәrәn vә türkçülük
düşüncәsini yayan "Sәadәt" mәktәbi dә onun adı ilә
bağlı idi. Gәnc türklәr inqilabının qәlәbәsindәn sonra
yenidәn İstanbula dönmüşdü. İ ihad vә Tәrәqqi Partiyası
idarә heyәtinin üzvü, Türk Yurdu (1911) vә Türk Ocaq-
larının (1912) qurucu üzvü, İstanbul Darülfünununun
tibb professoru kimi geniş fәaliyyәt göstәrmişdi. Ədәbi
yaradıcılığını da davam etdirmiş, Esxil, Höte, Şiller,
Adam Smit, Şekspir kimi Qәrb müәlliflәrinin әsәrlәrini

359
   354   355   356   357   358   359   360   361   362   363   364