Page 361 - book-online
P. 361
Àòàìûí äîñòëàðû

İNQİLAB BAŞ VERİR!
ƏLİ ÇƏTİNQAYA
(1878-1949)

Türk siyasi, hәrbi vә dövlәt xadimi. Müasirlәri arasında
daha çox “Kәl Əli” (“Keçәl Əli” – V.Q.) lәqәbi ilә mәşhur
idi. Birinci Dünya müharibәsindә müxtәlif cәbhәlәrdә
vuruşmuşdu. Döyüşlәrdәki şücaәtinә görә Osmanlı,
Avstriya vә Almaniyanın ordenlәrinә layiq görülmüşdü.
Yunanlar İzmiri tutduqları zaman işğalçılara qarşı silahlı
müqavimәt tәşkil edәn ilk türk hәrbçisi kimi tarixә
düşmüşdür. Son Osmanlı Mәclisi-Mәbusanın bir sıra
digәr üzvlәri ilә birlikdә ingilislәr tәrәfindәn Malta
adasına sürgün olundu. Sürgündәn döndükdәn sonra
Milli Mücadilәyә qoşulmuşdu. I-VII Türkiyә Böyük
Millәt Mәclisinin üzvü olmuşdu. Hüquq tәhsili almasa
da, Atatürkün istәyi ilә Ankara İstiqlal Mәhkәmәsinin
sәdri tәyin edilmiş, dövrün İzmir sui-qәsdi, habelә
Tәrәqqipәrvәr Cümhuriyyәt Firqәsi ilә bağlı sәsli-küylü
mәhkәmәlәri onun rәhbәrliyi altında aparılmışdı. 1930-
cu illәrdә Türkiyәnin rabitә, daha sonra isә tikinti vә
abadlaşdırma naziri kimi çalışmışdı. 1937-ci ildә Al-
maniyaya sәfәri zamanı o zamankı kansler Adolf Hitlerlә
görüşmüş vә türk mәtbuatına verdiyi açıqlamada nasist
liderin bәşәriyyәti yeni dünya savaşına sürüklәyәcәyi
ilә bağlı uzaqgörәn xәbәrdarlıq etmişdi.

361
   356   357   358   359   360   361   362   363   364   365   366