Page 364 - book-online
P. 364
ìÿä Àüàîüëó
yazdığı polemik vә tәnqidi mәqalәlәrlә, fәal ictimai
mövqeyi ilә daim diqqәt mәrkәzindә qalmağı bacarmışdı.
Türkiyәnin fikir hәyatında mühüm rolu olan “Tәnin”
qәzetinin qurucusudur. 1908-1912-ci illәrdә Osmanlı
Mәclisi-Mәbusan üzvü olmuşdu. 1912-ci ildә dövrün
maliyyә naziri Mehmet Cavid bәyin tәklifi ilә Düyuni-
Ümumiyyәyi-Osmaniyyә (Osmanlı dövlәtinin xarici
borcları) idarәsinin rәisi tәyin edilmiş, 1922-ci ildә Ankara
hökumәti tәrәfindәn qurumun fәaliyyәtinә son qoyulana
qәdәr bu vәzifәdә qalmışdı. 1919-cu ildә Malta adasına
sürgünә göndәrilmişdi. Lakin sürgün yoldaşlarının
әksәriyyәtindәn fәrqli olaraq, burada da zәngin hәyat
tәrzini davam etdirmişdi. Maltada ingilis vә italyan
dillәrini öyrәnib dünya klassikasının nümunәlәrindәn
ibarәt “Oğlumun kitabxanası” adlı tәrcümә seriyasının
әsasını qoymuşdu. Sürgündәn 1921-ci ilin aprelindә
azad edilsә dә, İstanbula yalnız 1922-ci ilin iyulunda
qayıtmışdı. Yenidәn qәzetçilik fәaliyyәtini bәrpa etmişdi.
Ümumi şәkildә Qurtuluş Savaşını dәstәklәsә dә,
imperiyanın lәğvi, cümhuriyyәt elanı, Xilafәtin aradan
qaldırılması kimi mәsәlәlәrdә Atatürkә müxalif mövqedә
dayanmışdı. 1924-1925-ci illәrdә müxtәlif sәbәblәrdәn
üç dәfә İstiqlal Mәhkәmәsi qarşısına çıxarılmışdı. V, VI,
VII, VIII vә IX Türkiyә Böyük Millәt Mәclisindә Qars
millәt vәkili idi. Demokratik Partiya iqtidarına qarşı
yazılarına görә 1954-cü ildә 79 yaşında hәbs edilsә dә,
ölkә prezidentinin әmri ilә әfv olunmuşdu. Hәyatının
son illәrindә “Ulus” qәzetinә redaktorluq edәn Hüseyn
Cahid publisistika vә jurnalistika sahәsindә Türkiyәnin
әn müqtәdir qәlәm sahiblәrindәn biri kimi tanınmışdı.
364