Page 363 - book-online
P. 363
Àòàìûí äîñòëàðû

Akademiyası) almışdı. Osmanlı dövlәtinin Yәmәndә,
Liviyada apardığı hәrbi әmәliyyatlara, habelә İkinci
Balkan savaşına qatılmışdı. Birinci Dünya müharibәsi
illәrindә Osmanlı ordularının tәrkibindә Qafqaz
cәbhәsindә döyüşmüşdü. 1920-ci ildә Anadoluya keçәrәk
Mustafa Kamal Paşanın rәhbәrliyi ilә başlanan Qurtuluş
Savaşının iştirakçıları sırasında yer almışdı. 1920-ci ildә
açılan Türkiyә Böyük Millәt Mәclisinin Baş katibi, 1923-
1931-ci illәrdә isә iki çağırış Kütahya millәt vәkili olmuşdu.
1924-1930-cu illәrdә ayrı-ayrı hökumәt kabinәlәrindә
daxili işlәr, milli müdafiә, tikinti naziri vәzifәsini daşımışdı.
Türkiyәdә universitet islahatı aparılandan (1931) sonra
Atatürkün istәyi ilә yaradılan “İnqilab tarixi” kafedrasına
rәhbәrliyi öz üzәrinә götürmüşdü. Siyasi elitadakı nü-
fuzuna görә bir ara Atatürk vә İsmәt İnönü ilә birlikdә
dövlәtin “güclü adamları” sırasına daxil idi. 1931-1936-cı
illәrdә hakim Cümhuriyyәt Xalq Partiyasının (CXP) baş
katibi, 1946-cı ilin avqustundan 1947-ci ilin sentyabrına
qәdәr isә Baş nazir vәzifәsini tutmuşdu. Siyasi baxışlarına
görә faşizmә meyil edir, Hitler vә Mussolininin pәrәstişkarı
olduğunu gizlәtmirdi. Xüsusәn Mussolininin faşist
prinsiplәrini Türkiyәdә tәtbiq etmәyә çalışdığına görә
Atatürk onu CXP baş katibi vәzifәsindәn istefaya
göndәrmişdi.

IX BÖYÜK MİLLƏT MƏCLİSİNİN ƏN YAŞLI
ÜZVÜ HÜSEYN CAHİD YALÇIN
(1875-1957)

Türk yazıçısı, jurnalist, tәrcümәçi, siyasi xadim.
Yaradıcılıq hәyatına “Sәrvәti-fünun” jurnalında başlamış,
İ ihad vә Tәrәqqi, Atatürk, İnönü dövrlәrindә sәrt dillә

363
   358   359   360   361   362   363   364   365   366   367   368