Page 362 - book-online
P. 362
ìÿä Àüàîüëó

MİLLİ ŞAİR
MEHMET EMİN YURDAQUL
(1869-1944)

Mәşhur türk şairi vә dövlәt xadimi. İ ihad vә Tәrәqqi
cәmiyyәtinin üzvü. İkinci mәşrutiyyәtin ilk illәrindә
(1909-1910) Hicaz vә Sivas valisi olmuşdu. Osmanlı
Mәclisi-Mәbusanında Mosul millәt vәkili idi. 1911-ci
ildә Əhmәd Ağaoğlu, Dr.Fuad Salih vә Əhmәd Fәridlә
birlikdә Türk Ocaqlarının qurucuları sırasında yer almış,
qurumun ilk Baş katibi seçilmişdi. Eyni zamanda Ocaqların
mәtbu orqanının – “Türk yurdu” mәcmuәsinin baş re-
daktoru idi. 1921-ci ildә Milli Mücadilәdә iştirak mәqs-
әdi ilә Anadoluya keçmiş, Antalya, Adana, İzmir kimi
bölgәlәrdә xalqın işğalçı qüvvәlәrә qarşı mübarizәyә
sәfәrbәr edilmәsindә fәaliyyәt göstәrmişdi. 1931-ci ildә
Atatürkün tәklifi ilә liberal müxalifәt kimi düşünülәn
Sәrbәst Firqәyә üzv olmuşdu. Cümhuriyyәt illәrindә bir
neçә dәfә Türkiyә Böyük Millәt Mәclisinә üzv seçilmişdi.
“Türkcә şeirlәr” adlandırdığı ilk poetik mәcmuәsi 1899-cu
ildә nәşr edilmişdi. Yaradıcılığında milli ruh, türklәri öz
köklәrinә qayıtmağa çağırışı ruhu güclüdür. Bir sıra
şeirlәri Atatürkә hәsr olunub.

QURBAN VERİLƏN BAŞ VƏKİL
RƏCƏB PEKƏR
(1889-1950)

Türk hәrbçisi vә siyasәt adamı. Dağıstandan Anadoluya
köç etmiş çәrkәz ailәsindә doğulmuşdu. Tәhsilini İstanbul
Mәktәbi-Hәrbiyyәsindә vә Ərkani-Hәrbidә (Baş Qәrargah

362
   357   358   359   360   361   362   363   364   365   366   367