Page 358 - book-online
P. 358
ìÿä Àüàîüëó

dost vә hәmfikirlәrinin olduğu Yaponiyada, Tokio
mәscidinin imamı vә Yaponiya islam tәşkilatının rәhbәri
kimi yaşamış vә dini-maarifçilik fәaliyyәtini davam
etdirmişdi.

SEYİD TAHİR ƏFƏNDİ
(? -?)

Əslәn Dağıstan türklәrindәndir. Hәyatı ilә bağlı hәr
hansı sәhih mәlumat әldә etmәk mümkün olmadı. İslamın
klassik dini mәrkәzlәrindә tәhsil almışdı. Nüfuzlu din
alimi kimi şöhrәt qazanmışdı. İ ihad vә Tәrәqqi dövründә
“gәnc türklәrin” din siyasәti vә islam şәrqi ölkәlәri ilә
әlaqәlәr sahәsindә mәslәhәtçilәrdәn biri idi. Müasirlәrinin
xatirәlәrindәn 1918-ci ildә ingilislәr tәrәfindәn hәbs
olunub digәr tale yoldaşları kimi İstanbuldakı Bәkir ağa
bölüyündә saxlandığı, lakin Malta sürgününә göndә-
rilmәdiyi bәlli olur. 1940-cı illәrin ikinci yarısında vәfat
etmişdi.

PROFESSOR HƏLİM SABİT ŞİBAY
(1883-1946)

Tatar әsilli din alimi, sәyyah, İkinci Mәşrutiyyәt döv-
rüdә populyar olan “İslam mәcmuәsi”nin naşir-redaktoru.
Tatarıstanda vә İstanbulda dini mәdrәsәlәrdә, habelә
Simbirskdәki rus gimnaziyasında tәhsil almışdı. 1914-
cü ildәn İstanbul Darülfünununun ilahiyyat fakültәsindә
din tarixi fәnnini tәdris etmişdi. Daha sonra Ziya Göyalpın
tәklifi ilә әdәbiyyat fakültәsinә keçirilmişdi. Siyasi
proseslәrә birbaşa qarışmasa da, İ ihad vә Tәrәqqi
liderlәri onun islam birliyi, türkçülük, Rusiya ilә müna-

358
   353   354   355   356   357   358   359   360   361   362   363