Page 352 - book-online
P. 352
ìÿä Àüàîüëó

SİYASƏTİN ÜSTÜNDƏKİ ADAM
PROFESSOR, DR. AQİL MUXTAR ÖZDƏN
(1877-1949)

Tanınmış türk hәkimi vә ictimai xadim. İstanbul
Universiteti tibb fakültәsinin professoru. Tәhsilini әvvәlcә
İstanbulda Əsgәri Tibbiyyәdә, sonra isә Lozanna Uni-
versitetinin tibb fakültәsindә almışdı. 1902-ci ildә ali
tәhsilini başa vurduqdan sonra bir müddәt professor
Bard, Mayer vә başqa tanınmış alimlәrin rәhbәrliyi
altında burada elmi araşdırmalarla mәşğul olmuşdu.
Tibb tarixindә “Muxtar refleksi”nin müәllifi kimi tanınır.
Hökumәtin dәvәti ilә İstanbula döndükdәn sonra geniş
elmi-pedaqoji vә ictimai fәaliyyәti ilә böyük hörmәt
qazanmışdı. Bir müddәt Türkiyә Qızıl Aypara Cәmiy-
yәtinә rәhbәrlik etmişdi. VIII Türkiyә Böyük Millәt Mәc-
lisinә seçilmişdi. Tibbә dair çoxsaylı әsәrlәrin müәllifidir.

QƏRİBƏ BİR VƏKİL
HEYDƏR RİFƏT YORULMAZ
(1887-1942)

Türk hüquqşünası, vәkil, yazıçı vә tәrcümәçi. Darül-
şәfәq liseyindә vә İstanbul Darülfünununun hüquq fa-
kültәsindә tәhsil almışdı. Bir müddәt müәllimlik etdikdәn
sonra hüquq sahәsinә keçmiş, özünü bütünlüklә vәkillik
fәaliyyәtinә hәsr etmişdi. Qeyri-adi davranışı, bir sıra
hallarda prinsipsizliyә aparıb çıxaran ziddiyyәtli xarakteri
ilә tanınırdı. Dövrün bir sıra sәsli-küylü mәhkәmә pro-
seslәrindә iştirakı nәticәsindә böyük şöhrәt qazanmışdı.
Azәrbaycan Cümhuriyyәtinin daxili işlәr naziri Behbud

352
   347   348   349   350   351   352   353   354   355   356   357