Page 342 - book-online
P. 342
ìÿä Àüàîüëó
qәdәr, amma sadәcә iki saat seyr edilәn film, yaxud
oxunan roman kimi yaddaşımdadır.
Bacımın әrini görәr-görmәz:
– Nә olub, atamın xәstәliyi çox ağırdı? – deyә soruşdum.
– Bәli, indicә zәng vurmuşdular. Sizi istәyirlәr
– Bәlkә ölüb? Mәnә düzünü söylә!
– Sәni әmin edirәm ki, elә ciddi bir şey yoxdur. Bacın
(Tezәr nәzәrdә tutulur – V.Q.) bir azdan tәyyarә ilә yola
düşәcәk. Əgәr yetişә bilmәsәn, sәn dә axşam qatarla
get.
Böyük bacım Sürәyya da Ankarada idi. Onu axtarıb
tapdım. Axşam qatarda, Pendik stansiyasında bizi
qarşılayacaq qәzetçilәrin hәlәlik ehtimal etdiyim fәlakәtli
xәbәrlә bağlı sorğu-suallarından bacımı necә qoruyacağımı
düşünürdüm. Sonra ikilikdә atamın bәlkә dә artıq ölmüş
olduğu, fәlakәti sakit qarşılamaq lazım gәldiyi haqqında
danışıb özümüzü ertәsi günün hәyәcanlarına hazırlamağa
başladıq.
Qәzetlәr susmuşdu. Heydәrpaşa vağzalından evә
telefon açdıq. “Dünәnә nisbәtәn indi vәziyyәti daha
yaxşıdır. Sizi gözlәyir” – dedilәr.
Evә gәldik. Otağına girәn kimi gözüm çarpayısının
altındakı böyük oksigen balonuna sataşdı. Yandakı
masanın üstünә qlükoza şüşәlәri düzülmüşdü. Bunların
ikisi dә mәnim nәzәrimdә ölüm anının yaxınlaşdığı
zaman xәstәlәrin yanında saxlanan zәruri lәvazimatlar
idi. Anam ölәndә dә eyni avadanlıq vә dәrmanlar evimizә
gәtirilmişdi.
Atam yataqda rәngi sapsarı, gözlәri yumulu halda
uzanmışdı.
Bacım Tezәr “Ata! – deyә sәslәndi, – uşaqlar gәldilәr”.
Gözlәrini açdı, bizә baxıb “Çox şükür! Çox şükür,
gәldilәr” – dedi. İkimizi dә uzun-uzadı öpdü.
342