Page 338 - book-online
P. 338
ìÿä Àüàîüëó

Atatürkün ölümü – әn ümidsiz anlarında belә ağlına
gәtirmәdiyi bu itki onu ciddidәn ciddi düşüncәlәrә
daldırmışdı. Hәmişә gözәl vә cazibәdar saydığı hәyata
sevgisi bәlkә dә ilk dәfә bu ölüm qarşısında sarsılmışdı.
Hisslәrini böyük bacım Tezәrә mәktubunda belә
açıqlamışdı:

“Neçә gündür sәnә mәktub yazmaq istәyirәm. Qәlәmi
әlimә alıram, mәnә qәribә bir hal gәlir, iki kәlmә söz
tapıb yaza bilmirәm. Atatürkün vәfatı mәni tәsәvvür
edilmәyәcәk dәrәcәdә sarsıtdı. Hәyatımda ikinci (buna
bәnzәr böyük sarsıntını birinci dәfә ananın ölümündә
duymuşdum) kәrәdir ki, özümü dәrin vә qaranlıq uçu-
rumun qarşısında gördüm vә başım fırlandı. Onsuz
hәyat mәnә boş vә acı gәldi. Onun mәndә bu qәdәr
yaşadığını özüm dә tәsәvvürümә gәtirә bilmәzdim. Bu
gün belә onun ölümünә heç cür inana bilmirәm. Daha
doğrusu, bu ölümә alışa bilmirәm. Əslindә o, özü bir
hәyat deyildimi? O tükәnmәz, dinclik bilmәyәn bir
daşqınlıqdı! Bәzәn coşqun dәniz dalğaları kimi hiddәt,
bәzәn Vaqnerin1 musiqisini andıran yaradıcı hәmlәlәr,
bәzәn isә müdhiş fırtınaların başlanğıcı olan sıxıcı vә
boğucu sükunәtlәr! Onun bir dәqiqәsi digәrinә bәnzә-
yirdimi? O, hәr şeyin gah üstündә, gah altında deyildimi?

Budur, iyirmi ildәn bәri Türkiyәni öz varlığı ilә
dolduran şәxsiyyәt! Gözlәrimiz, qulaqlarımız, әlәlxüsus
da qәlb vә ruhumuz onunla o qәdәr dolmuşdu ki, indinin
özündә dә onu duymağa vә eşitmәyә davam edir, onun
yoxluğuna inanmırlar. Nә deyim, belә bir şәxsiyyәtin
itirilmәsi qarşısında dәrin heyrәtlә sükuta dalmaqdan
başqa çarә yoxdur”.

1 Vaqner Rixard (1813-1883) – alman bəstəkarı və sənət nəzəriyyəçisi. Opera
sənətinin böyük islahatçısı kimi tanınır. Avropa musiqisinə ciddi təsir göstərib.

338
   333   334   335   336   337   338   339   340   341   342   343