Page 325 - book-online
P. 325
Àòàìûí äîñòëàðû

hansı xәstәliyә tutulduğunu öyrәnmәk istәyirdilәr. Hә a
kiçik mәdә pozğunluğunun vә ya boğaz ağrısının
Akçuranın evindә daimi tәşviş әhvali-ruhiyyәsi yaratdığını
vә yaşatdığını söylәmәyә lüzum yoxdur.

Tale valideynlәrinin üstlәrindә bu qәdәr әsdiklәri
uşaqları çox kiçik yaşlarında bir-birindәn ikiillik fasilә
ilә ana vә atalarından mәhrum etdi.

Keçiörәndә hәm dә atamın tәlәbәsi oldum. İstәyimin
әksinә gedәrәk mәni hüquq sahәsinә yönlәndirdi, Ankara
Universitetinin Hüquq fakültәsinә yazdırdı. Mәn dә
Konstitusiya hüququnun әsasları müәlliminin – bu
“kәskin sözlü, tox gözlü, qәribә şivәli professorun”
tәlәbәlәri sırasında yer aldım. Hәmin andan etibarәn
onun yeni zabitә vә hakimiyyәt dairәsinә düşdüm.

Ankara Universitetinin Hüquq fakültәsindә atam
әksәriyyәti Anadolunun müxtәlif yerlәrindәn gәlmiş
tәlәbәlәrin hәlә tәrtәmiz, saf, sadә, atәş yuvası kimi
yandıqca yanan, parlayan ürәklәrindә, beyinlәrindә
özünün respublikaçılıq ideyalarının tәbliği üçün әn
münbit zәmin tapmışdı. İçi mәn qarışıq aramızda elә
tәlәbә yox idi ki, işlәdiyimiz xәtaları bağıra-bağıra düz
gözümüzün içinә deyәn bu qocaya qorxu qarışıq böyük
hörmәt duymasın.

Önündә oturub ilk imtahanı verdiyim gün salon,
atanın öz oğlunu necә imtahan etdiyinә tamaşa etmәyә
gәlәnlәrlә dolmuşdu. Mәnә çoxlu suallar verdi.
Cavablarımı dinlәrkәn mәndәn Baş Komandanlıq haq-
qındakı qanunla әlaqәdar Sakarya müharibәsi haqqında
mәlumat istәdi. Müharibәnin başlandığı günü soruşdu.
Bir az tәrәddüdlә cavab verdim. Bir neçә saniyә dayanıb
düşünmәyim onu әsәbilәşdirdi. Üstümә qışqırdı: “Bu
tarixi bilmәyәn kәs, hә a oğlum da olsa, mәnim tәsәv-

325
   320   321   322   323   324   325   326   327   328   329   330