Page 320 - book-online
P. 320
ìÿä Àüàîüëó

әsarәt içәrisindә yaşamış, bütün dünyaya qarşı üsyan
etmiş şәxsiyyәtin birdәn-birә imkan tapıb tәnәffüs etdiyi
azad havanın da nәşәsi vardı. İstәnilәn halda, atamın
ömür yolunun әn fәal dönәmlәrindәn birinin Keçiörәndә
yaşadığı illәr olduğu әsla şübhә doğurmamalıdır. Bu
illәrin hәr günündә elә anlar var ki, indi onlar barәdә
düşünәndә atamın bütün daxili alәmi, mәnәviyyatı vә
şәxsiyyәti gözlәrim önündә canlanır. Qarşımda әksәr
keyfiyyәtlәri ilә az qala xәstәlik dәrәcәsinә varan bir
hәssaslıq müşahidә edirәm.

Keçiörәn ilә Ağtәpә arasındakı yolun Keçiörәnә yaxın
hissәsindә, sağ tәrәfdә bir fidanlıq vardı. Növbәnöv
gilas, gilәnar, әrik, albalı, alma ağaclarından ibarәt kiçik
bağı atam öz әllәri ilә salmışdı. Günün siyasi hadisәlә-
rindәn, növbәnöv düşüncә vә gәrginlikdәn ruhuna tәsir
edәn iztirab vә ya nәşәni fidanların arasında çalışmaqla
keçirirdi. İlk dәfә torpağa bağlılığın insan ruhuna gәtirdiyi
böyük hüzur vә sakitliyi Keçiörәndә, bu fidanlıqda
dadmışdı. Orada, qırx il әvvәl yad mәmlәkәtin başgicәl-
lәndirәn mәrkәzindә, milyonlarla insan arasında bir-
birlәrinә rast gәlәn, qәlblәrinin vә beyinlәrinin bütün
ideallarında müştәrәk, hәmfikir olduqlarını görüb talelәrini
birlәşdirәn, böyük Türk dünyasının uzaq iki әks qüt-
bündәn gәlmiş iki gәncdәn biri sәhәrçağı bu fidanlar
arasında dolaşarkәn digәrinin tam eyni saatlara tәsadüf
edәn faciәli aqibәtini1 dәhşәtlә düşündü. Birgә addım-
ladıqları keçmiş yollarını vә günlәrini fidanların
gövdәsindәki qurd-quşları tәmizlәmәklә gözlәri önündәn
keçirdi.

1 Әhməd Ağaoğlunun gənclik dostu, İstiqlal Məhkəməsi tərəfindən Atatürkə qarşı
sui-qəsddə ittiham olunaraq 1926-cı ilin avqustunda dar ağacından asılan Doktor
Nazim nəzərdə tutulur.

320
   315   316   317   318   319   320   321   322   323   324   325