Page 317 - book-online
P. 317
Àòàìûí äîñòëàðû

Atam mәqalәni diqqәtlә oxudu. “Bunu sәn yazmısan.
Başa düşürәm. – dedi. – Lakin hәyatda mövqe tutmaq
üçün әvvәlcә o haqqı qazanmaq lazımdır. Ortalığa hansı
әsәrlәr qoydunuz ki, bizdәn, artıq kәnara çәkilmәyi tәlәb
edirsiniz? Onu bil ki, hәyatda heç kәs “Bu, sәnin haqqındır,
gәl, al!” – deyә әlindәkini başqasına vermir. Haqq bәxşiş
edilmir, alınır! Sәnin daha tәvazökar olmağını istәrdim”.

Bu hadisәnin üstündәn on il keçәndәn sonra,
ölümündәn beş ay әvvәl ona ilk çap olunmuş kitabımı
aparanda hәmin söhbәtimiz yenә hafizәmdә canlanmışdı.
Ürәyim şiddәtlә döyünürdü. Kitabımı aldı, üzümdәn
öpüb diqqәtlә oxuyacağını bildirdi. Dedi, amma oxumağa
macal tapmadan öldü.

Keçiörәn onun hәyatında bir mәrhәlәdir. Atam Anka-
ranın bu seyrәk ağaclı quru, cadar torpaqlı bağlarında
tapdığı әsrarlı cövhәrin yardımı ilә sanki әlli yaşın yor-
ğunluğundan xilas olub birdәn-birә iyirmi yaş gәnclәşdi.
Keçiörәndә ilk torpaq alan o idi. Keçiörәnin ilk qazmasının
memarı da atam oldu. Bağlara köçüb yerlәşdiyi il, Keçiö-
rәn camaatı onu muxtar1 seçdi. Buna çalışqan, kәndli ilә
canbir qәlb olmağı bacaran insan kimi çox sevindi. Əv-
vәla, Çәnbәrәçi oğlu adlı katolik ermәninin gündә bir
qara quruşa Balum kәndlilәrini işlәtmәsi müqabilindә
ixracatçıya çevrilib zәnginlәşdiyi hәmin bağları müharibә
illәrindәn sonra dağıdılmış, xaraba halda almışdı. Digәr
tәrәfdәn, bir tikә çörәk üçün sәhәrdәn axşama qәdәr
çalışan kәnd camaatı onun sayәsindә alın tәri vә zәhmәtin
hәqiqi әvәzini almaq sevincini yaşadı. Kәnd adamlarının

1 Muxtar – Osmanlı İmperiyası dövründə və Türkiyə Cümhuriyyətinin ilk illərində
kənd, qəsəbə kimi nisbətən kiçik yaşayış məntəqələrində yerli sakinlərin ümumi
razılığı ilə seçilən və yerli idarəetməni həyata keçirən şəxs. Әrəb dilindən
tərcümədə “ixtiyar sahibi” mənasını ifadə edir.

317
   312   313   314   315   316   317   318   319   320   321   322