Page 318 - book-online
P. 318
ìÿä Àüàîüëó

hәr biri üçün “Keçiörәn muxtarı Əhmәd bәy” dәyişәn,
yenilәşәn dövrün ilk timsalı idi.

Az sonra eyni bağlarda planını özü cızdığı, tikintisinә
özü nәzarәt etdiyi ikinci ev başladı. Hәyatında baş verәn
xoşagәlmәz hadisәlәr bu bağları vә evlәri onun әlindәn
çıxarıb satmağa zorladığı zaman atamla İstanbuldan
Ankaraya birlikdә gәldik. Mәn özümә iş, o isә ömrünün,
varlığının bir parçası olmuş bu torpağa müştәri axtarırdıq.
Mәn işi, atam müştәrini tapdı. İsti bir yay günü onu İs-
tanbula yola salandan sonra “Varlıq”1 mәcmuәsindә ilk
qәlәm tәcrübәlәrimdәn olan aşağıdakı yazını çap et-
dirdim:

“Onunla yan-yana gedirik. Hava ciyәrlәrimizi tıxayacaq
qәdәr isti vә bürkülüdür. Geniş, bir tәrәfindә üçkünc
abidә qoyulmuş meydandayıq.

Birdәn dayandı. Çәtinliklә nәfәs aldığı sinәsini әli ilә
ovuşdurdu. Sonra nәzәrlәri çılpaq, tozlu üfüqә zillәndi.

Üzünә baxdım. Alnında qara, dәrin qırışlar vardı.
Qalın qaşları yoğun kölgә kimi yorğun gözlәrinin üstünә
düşmüşdü.

Bu yaşlı adamın dodaqları hәmin anda mәnә nәhayәt-
siz dәrәcәdә incә vә rәngsiz göründü. Üzündә heç za-
man tәsadüf etmәdiyim tәbәssüm bu dodaqların üzәrinә
qonmuş, orada özünә yer elәmişdi.

Günortanın isti çağında dörd bir tәrәfimizdәn ötüb-
keçәnlәr bizә baxırdılar. Yanımıza yaxınlaşan avtomobillәr
yollarını dәyişdirirdilәr.

Bir polisin bizә işarә etdiyini gördüm. Meydanın
nizam-intizamını pozmuşduq. Yaşlı adamın qolundan
tutdum. Yavaş-yavaş oradan uzaqlaşdıq.

1 “Varlıq” – 1933-cü ildən Türkiyədə nəşr olunan aylıq ədəbi məcmuə

318
   313   314   315   316   317   318   319   320   321   322   323