Page 306 - book-online
P. 306
ìÿä Àüàîüëó

maq lazımdır. Bu sәbәbdәn hüquq fakültәsinin dәrslәrinә
davam etmәklә bәrabәr, әdәbiyyat fakültәsindәki dәrslәrә
dә ikinci bir ixtisas kimi getmәyi yaddan çıxarma.

Ah, bu zamanlarda sizin yanınızda olmağı nә qәdәr
istәrdim!..”

Digәr böyük bacım Tezәrә mәktubunda isә belә
yazırdı:

“Mәni Mәrrix ulduzunda axtarırmışsan. Ah, qızım,
mәn dә o parlaq ulduzu hәbsxananın әn yüksәk balko-
nundan hәr gecә seyr edirәm vә sizi gözlәrim önünә
gәtirmәyә çalışıram. Kim bilir, o ulduz neçә dәfә bizim
baxışlarımızı vә baxışlarımızla birlikdә qәlblәrimizi,
hisslәrimizi, arzularımızı birlәşdirmişdir. Vә kim bilir,
zülm vә әdavәtin bizim kimi neçә min qurbanı o ulduzdan
ümid vә tәsәlli ummuşdur”.

Maltada әsirlәrin başına açılan iztirablı bir oyun var-
dı: Vәtәndәn gәlәn mәktubları ünvan sahiblәrinә çox
gec çatdırır, ya da yerli-dibli vermir, cırıb atırdılar. Bu
sәbәbdәn dә aylarla bir-birimizdәn xәbәr tuta bilmirdik.
Müxtәlif ehtimalların vә bitib-tükәnmәk bilmәyәn
әndişәlәrin içәrisindә batıb qalırdıq. Atam әsirlәrә rәva
görülәn zülmlәr arasında әn çox bu mәktub mәsәlәsindәn
mütәәssir olurdu:

“Yenә iki hәftәdir ki, sizdәn heç bir mәktub almadım.
Aydın mәsәlәdir, yazırsınız, amma mәn ala bilmirәm.
Yәqin, adicә mәktublaşmanı da bizә çox görürlәr. Zәrәr
yox! Haqsızlıq üstündәn edilәn haqsızlıqlar, haqqa daha
tez çatmağa yardımçı olur. Əlbә ә, bir gün gәlәr, zalımlәr
belә zülmlәrindәn usanarlar”.

Hәftәlәrlә davam edәn namәlumluğun, xәbәrsizliyin
gәtirdiyi dәrin melanxoliya birdәn-birә әlinә yetişәn

306
   301   302   303   304   305   306   307   308   309   310   311