Page 300 - book-online
P. 300
ìÿä Àüàîüëó

Ömәr Naci İranda tutulub mәhbәsә salınanda zindan
nәzarәtçisinin onun hürriyyәt haqqındakı fikirlәrini әlә
salan sözlәrini anladır:

Ey köpәkoğlu әncümәn
Sәn deyәn oldu, yoxsa mәn?

Qorxu vә hәyәcanla baxdığım adamın yadımda qalan
ilk qәhqәhәsi qulaqlarımda sәslәnir.

Fatih yanğınında Molla Gürani mәhәllәsi ilә birlikdә
evimiz dә yandı.

Sәrracxanabaşı

Hacı Akif Paşanın Sәrracxanabaşındakı geniş, kölgәli
vә gözәl bağçasından ayaq sәslәri eşidildi. Bunlar gecә-
yarısı “Oğurluq olacağı xәbәrini aldıq, mühafizә üçün
gәldik” – bәhanәsi ilә evimizә doluşan vә sәhәrin açıl-
masına baxmayaraq, hәlә dә getmәyә tәlәsmәyәn polislәr
idi.

Yeridiyimiz zaman taxtaları cırıldayan köhnә evdә
sәs salmamaqdan ötrü ayaqlarımızın ucunda gәzib otaq-
dan otağa keçirik. Tez-tez sifәti fil dişi rәngindә, qaragözlü,
qaraqaşlı incә bir qadının başına toplaşırıq. Atam ağır
xәstәdir. Polislәr, görәsәn, bizi aldada bildiklәrinә özlәri
inandılarmı? Bәlkә dә. Amma anam illәrin tәcrübәsindәn
dәrs almışdı. Eşmәbığlı polis komissarına “yorğunluğunu
canından çıxarmaq üçün” bir fincan qәhvә tәklif edib
“Oğlum, qoy sağalsın, sonra götürüb aparın, heç bir
sözüm yoxdur” – deyәndә komissar gözlәrini yerә dikә-
rәk “Nә edim, abla, nә edә bilәrәm? Mәn әmr quluyam” –

300
   295   296   297   298   299   300   301   302   303   304   305