Page 282 - book-online
P. 282
ìÿä Àüàîüëó
“Malta, Polverista, 17 may 1920-ci il.
Əzizim Sitarә vә Humay!
Yenә iki hәftәdir ki, sizdәn mәktub almıram. Heç
şübhә etmirәm ki, bizim mәktublarla da ara-sıra sizә
qarşı eyni münasibәti rәva görürlәr. Bundan mәqsәd
nәdir, görәsәn? Olmaya bizi ruhәn vә mәnәvi baxımdan
әzmәk istәyirlәr? Heç kәsә rәva görülmәyәn belә müa-
milәlәrә mәruz qalmağımız nәdәndir? Əgәr mәqsәd
mәnәvi cәhәtdәn sıxışdırmaqdırsa, tәbii ki, istәdiklәrinә
nail ola bilmәyәcәklәr. Çünki bizim dә güvәndiyimiz,
sığındığımız haqq var, ali әdalәt var. İnşallah, o haqq, o
әdalәt bir gün yerini tutar. Ona qәdәr sizin dә, mәnim
dә borcum sәbir edib dözmәkdir. İstanbuldan aldığım
xәbәrlәr necә çәtinlik vә çırpıntılar içәrisindә sıxıldığınızı
tәsәvvürә gәtirmәyә kifayәtdir. Vәziyyәtin bu cәhәtini
düşündükcә dәli olmağım gәlir. Necә dolanırsınız? Nә
iş görürsünüz? Hüseyndәn (әmim – müәllif), Baxışdan
(әmim oğlu – müәllif) biri imdadınıza yetmәdimi?
Qafqazdan alınan xәbәrlәr1 artıq bundan sonra onların
gәlmәk fikrini hәmişәlik aradan qaldırır. Əgәr indiyә
qәdәr gәlmәdilәrsә, bundan sonra heç gәlә bilmәzlәr. O
zaman nә edәcәksiniz? Bax, bu sual mәni tamam üzür.
Əbdülәli bәylә görüşürsünüzmü? Xülasә, Allah xatirinә
vәziyyәtiniz, dolanışığınız haqqında mәnә müfәssәl
mәlumat verin. Uşaqlar mәnә ayrı-ayrılıqda mәktub
yazsınlar. Əbdürrәhmandan vә Sürәyyadan çoxdandır
ki, mәktub almıram. Mәndәn lap arxayın olun. Sәhhәt
vә salamatlığım, әlhәmdülillah, yerindәdir. Bütün dost
vә tanışlara, hәmçinin әmizadәlәrimә salamlar! Hamınızın
gözlәrinizdәn öpürәm”.
1 Burada üstüörtülü şəkildə Azərbaycanda geniş vüsət alan bolşevik terroruna
toxunulur.
282