Page 279 - book-online
P. 279
Àòàìûí äîñòëàðû
lәrlә, nәstәliq xә i vә azәri lәhcәsi ilә yazılan bu mәk-
tubların hamısı “Əhmәdcan!” xitabı ilә başlanır, sonra
isә, demәk olar ki, eyni kәlmәlәr, eyni cümlәlәrlә evi-
mizin halı vә mәmlәkәtin vәziyyәti anladılırdı.
“19 fevral 1920-ci il
Əhmәdcan!
Şükür olsun Allaha, sizdәn mәktub aldım. Biz hamımız
salamatıq. Bir dәrdimiz yoxdur sәndәn başqa. Allah bu
işlәrә bir xeyirli sonluq versin. Uşaqlar yaxşıdır. Bu gün
poçt günü idi. Çox sevinirәm ki, sәndәn mәktub alacağam.
Çünki mәktub aldığımız gün sәninlә görüşmüş kimi
oluruq. Allah tez göndәrsin sәni bizә. Gecәlәr sәni
yuxuda görüb çox sevinirәm. Allah sәni orada salamat
saxlasın. Kәrim vә Əmir bәylәr salam göndәrirlәr. Burada
bizә dә yardım edirlәr. Bizim fikrimizi çәkmә. Mәndәn
Əsәd Paşaya – göz hәkimi Əsәd Paşaya vә Ziya bәyә –
Ziya Göyalpa salam söylә. Xanımları yaxşıdır. Görüşürük.
Üzündәn vә gözlәrindәn öpürәm. Başqa nә yazım?”
“20 oktyabr 1920-ci il
Əhmәdcan!
Şükür olsun Allaha, sәndәn bu yaxında mәktub aldım.
... xanım bu günlәrdә Parisә gedir. Sәnin haqqında çox
danışdım. Görәk nә olur? Lakin bizә Allahdan başqa
kömәk, yardım yoxdur. Hәr kәs öz kefindәdir. Biz pәrişan
olduq. Böyük adamların hamısını tutublar, çox adam
qaçıb. Hüseyn bәy әmim oradadır1 vә salamatdır. Oranın
işlәri çox pәrişandır. Dünyanın hәr yerini atәş bürüyüb,
1 Söhbət 1920-ci il, aprelin 28-də Azərbaycanda milli hakimiyyətin devrilməsindən
və bolşevik rejiminin qurulmasından gedir. Әhməd bəyin əmisi Hüseyn bəy
Ağayev bir neçə ildən sonra İstanbula gəlməyə müvəffəq olmuşdu.
279